Bia.Az

Bakıda YANĞIN: avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Hadisə
 19-05-2024, 15:44     410

Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakının Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Musavat.com-a NİİM-dən bildirilib.

Qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.



скачать dle 12.1