Bia.Az

Cəlilabadda 17 yaşlı oğlan BIÇAQLANDI

Hadisə
 19-05-2024, 14:05     624

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

BİA.az report-a istinadən xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1