Hacıqabulda vəzifəli şəxs qəzada öldü

Mayın 17-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobil hava şəraiti ilə əlaqədar yol kənarında maneəyə dəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin Ramin Əsgərov həyatını itirib.
Araşdırma aparılır.
***
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata əsasən, dünyasını dəyişən 1986-cı il təvəllüdlü R.Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin bölük komandirinin müavini olub.