Bia.Az

Şəmkir şəhərində bazar yanıb

Hadisə
 27-01-2024, 20:39     338

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində yangın baş verib.


Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının böyük sahəyə yayılmasına imkan verilməyib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 2340 m² olan bazar ərazisində bir-birinə bitişik sahəsi 130 m² olan müxtəlif təyinatlı 8 mağazanın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik tikilən iki mağazanın lambirdən ibarət tavanı 14 m² sahədə əriyib.

Bazarın böyük hissəsi yanğından mühafizə olunub.скачать dle 12.1