Bia.Az

Çayda dini ayin icra edən yalançı peyğəmbəri timsahlar parçalayıb

Hadisə
 25-01-2024, 15:39     398

Cənubi Afrika Respublikasında vəftiz zamanı timsahların hücumu nəticəsində “yalançı peyğəmbər” ölüb.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın "Daily Mail" nəşrinin verdiyi məlumata görə, özünü peyğəmbər elan edən Cənubi Afrikanın Limpopo bölgəsindəki Olifants çayında keçirilən vəftiz mərasimi zamanı timsahların hücumuna məruz qalıb. Timsahlar çayda dini ayin yerinə yetirən "peyğəmbər"i boğularaq parçalanıblar.

Belə ki, özünü peyğəmbər kimi təqdim edən 48 yaşlı kişi həmin vaxt yanında olan iki nəfərlə birlikdə həyatını itirib.

Polis sözçüsü Malesela Ledvaba bildirib ki, axtarışlar nəticəsində timsahlar arasında "yalançı peyğəmbər"ə aid olduğu düşünülən bədən hissələri tapılıb.

Polis bölgədəki dini liderlərə və yerli sakinlərə xəbərdarlıq edib ki, çaylarda, dərələrdə və bəndlərdə dini mərasimlər keçirməsinlər.

Hər il Afrikada yüzlərlə insan yaşayış məntəqələrinə hücum edən vəhşi heyvanların hücumları nəticəsində həyatını itirir.скачать dle 12.1