Bia.Az

Abşeronda güclü yanğın: şirkətin anbarı kül oldu - YENİLƏNİR

Hadisə
 25-01-2024, 01:34     236

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

***
Abşeronda sahibkarlıq subyektlərinin birində güclü yanğın olub.

Globalinfo.az xəbər verir ki, hadisə “ArchiCO conpany” şirkətində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, anidən şirkətin daxilində yanğın başlayıb.

Əraziyə FHN-nin yanğın söndürənləri cəlb olunub.

Hazırda yanğının baş vermə səbəbləri və dəymiş ziyanın miqdarı araşdırılır.скачать dle 12.1