Təyyarə qəzasında sui-qəsd izi: hansı ölkənin əli var? – İsti şərh
Rusiyanın Belqorod şəhərində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin üzvü olan 65 hərbi əsir olub. Sözügedən qəza bir qədər əvvəl bənzər şəkildə (təyyarə qəzasında) həlak olan “Vaqner” rəhbəri Yevgeni Priqojinin ölümü ilə müqayisə edilir. Bir çoxu Priqojində olduğu kimi, burada da Rusiya izi olduğunu düşünür.
Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Telman Qasımov deyib ki, Rusiyanın hərbi doktrinasında təyyarəni qəsdlə vurub sonra da onu bədbəxt hadisə kimi qələmə vermək artıq ənənəyə çevirilib.
“Bundan əvvəl Polşa prezidentinin, eləcə də “Vaqner” rəhbəri Priqojinin də təyyarələri vuruldu. Bunun adını qəza qoydular. Bu, Rusiyada adi hala çevirilib. Əsirlərin olduğu təyyarənin vurulması anlaşılandır, çünki onlar gördükləri işgəncələri beynəlxalq mediya vasitəsilə dünyaya çatdıracaqdılar. Buna görə də onları yox etmək daha məqsədəuyğun hesab edilib. Ruslar bu yolla izi silmiş olurlar. Əsirlərin ifadələri Rusiyaya qarşı olacaqdı. Adətən təyyarələrin vurulmasında Rusiya izi olur. Bu qədər təsadüf ola bilməz”.
Telman Qasımov
Hərbi ekspert deyib ki, ortaya bir neçə sual çıxır:
“Əgər əsrlər Ukraynaya mübadilə üçün aparılırdısa, o zaman təyyarə niyə qəzaya uğrayır? Nəyə görə başqa təyyarə deyil, məhz ukraynalı əsrlərin olduğu təyyarə partlayır? Onsuz da Ukraynanın döyüşçü sayı ilə bağlı böyük problemləri var. Bu ərəfədə potensial döyüşçüləri qaytarmaq Rusiyaya sərf etməyə bilər. Bizə sadəcə, komissiyanın son nəticələrini və Ukrayna tərəfinin rəsmi açıqlamasını gözləmək qalır”.