Bia.Az

“Şirvan Araz zavodu” MMC-də partlayış baş verib

Hadisə
 23-01-2024, 19:59     292

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib, 3 nəfər xəsarət alıb.

Bizimyol.info xəbər verir ki, MSN-dən verilən məlumata görə, bu gün zavodda istehsalat qəzası olub.

“Yanvarın 23-də saat 15:00 radələrində Şirvan şəhər prokurorluğuna Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Araz” zavodunda partlayış baş verməsi barədə məlumat daxil olub, ilkin araşdırmalara görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb”, - deyə məlumatda qeyd edilir.
Partlayışın səbəbinin zavodun sexlərindən birində 120 mm-lik minaatan mərmisinə çəkic zərbəsi olduğu güman edilir. “Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər prosessual hərəkətlər həyata keçirilir”, - deyə idarədən əlavə ediblər.

Şəhər prokurorluğundan verilən məlumatda bildirilib ki, ilkin araşdırmalarla hadisə nəticəsində xəsarət alan 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlu, onların müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyənləşdirilib.

Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Assosiasiyasından verilən məlumata görə, hər üç zərərçəkən Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onlara lazımi köməklik göstərilir.скачать dle 12.1