Bia.Az

Ağsuda traktor aşıb, sürücü xəsarət alıb

Hadisə
 13-07-2020, 08:10     394

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, sürücü, 32 yaşlı Niftəliyev Vüsal Alim oğlu traktorla kənd ərazisində hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Nəticədə traktor yoldan çıxaraq aşıb. Sürücü dərhal ətrafdakı insanların köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir​.

Faktla bağlı araşdırma aparılır.

BIA.az
скачать dle 12.1