Bia.Az

TOVUZ İSTİQAMƏTİNDƏ VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB - Artilleriya zərbələri endirilir

Hadisə
 13-07-2020, 07:59     62

"Axşam saatlarında Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin "Facebook" səhifəsində məlumat yayılıb.

"Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutub. Buna cavab olaraq, Azərbaycan Ordusu adekvat tədbirlər görüb", - məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərini ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçməyə cəhd göstəriblər. Buna cavab olaraq, düşmən qüvvələrinin hücumunun qarşısı alınıb. Döyüşlər nəticəsində Azərbaycan ordusunun üç hərbçisi şəhid olub.


BIA.azскачать dle 12.1