Bia.Az

Binə sakinindən beşbarmaq götürülüb

Hadisə
 29-04-2020, 18:00     814

Binə sakinindən beşbarmaq götürülübBinə qəsəbə sakininin avtomobilində beşbarmaq və digər soyuq silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini B.Əsgərovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı bir ədəd beşbarmaq, bir ədəd elektroşok və iki ədəd bıçaq aşkar edilərək götürülüb.скачать dle 12.1