Paytaxtda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
“bia.az”in məlumatına görə, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhal cərrahi əməliyyat icra olunub.
Hazırda R. Bayramovun vəziyyəti ağırdır.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.