Bia.Az

Çadda həbsxanada 44 dustağın meyiti aşkarlandı

Hadisə
 19-04-2020, 13:00     74

Çadda həbsxanada 44 dustağın meyiti aşkarlandı
Çadda “Boko Haram” terror qruplaşmasına üzvlükdə şübhəli bilinərək həbs edilmiş 40-dan çox məhbus həbsxana ölü aşkarlanıb.

“bia.az” xəbər verir ki, bu barədə respublikanın baş prokuroruna istinadən “Agence France-Presse” agentliyi bildirib.

Məlumata görə, hadisə cümə axşamı baş verib. Belə ki, 44 dustaq öz kameralarında ölü aşkarlanıb. Qeyd edilir ki, onların hamısı Çad gölü ərazisində keçirilən əməliyyatın gedişatında saxlanılan 58 silahlının bir hissəsidir.

Dustaqların ölüm səbəbləri ilə bağlı araşdırma aparılır.скачать dle 12.1