Tanınmış hakim koronavirusdan öldü
ABŞ-ın məşhur boks hakimi Eddi Kotton koronavirusa yoluxduqdan sonra dünyasını dəyişib.
bia.az-in Beynəlxalq Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Kotton 72 yaşında vəfat edib. Həyat yoldaşının dediyinə görə, iki həftə əvvəl o, sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra isə keçmiş referiyə koronavirus diaqnozu qoyulub.
Qeyd edək ki, Eddi Kotton Denis Lebedev - Marko Huk, Lennoks Lüis - Mayk Tayson, Oleq Maskayev - Hasim Rəhman və digər döyüşlərin rinq hakimi olub. O, sonuncu döyüşünü 2014-cü ildə idarə edib.