Bakıda avtomobilin vurduğu piyadanın ayağı sındı
Bu gecə paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
bia.az-in məlumatına görə, hadisə “20 Yanvar dairəsi”ndə qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Əhmədov Əhmədağa Hümbət oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.