Almaniyada terrora hazırlaşan İŞİD-çilər tutuldu
Almaniyada ərazisində terror aktı hazırlamaqda şübhəli bilinən beş Tacikistan vətəndaşı həbs olunaraq istintaq təcridxanasına göndərilib.
“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb. Saxlanılan şəxslər İŞİD terror təşkilatının üzvləri olublar.
Qeyd olunub ki, Şimali Reyn-Vestfaliya Xüsusi Qüvvələri və Düsseldorf polisi cinayətkarları çərşənbə günü səhər Essen, Noys, Ziqen və Haynsberq saxlayıblar.
Bundan əlavə, şübhəli şəxslərin mənzillərində və Şimali Reyn-Vestfaliyadakı altı ərazidə axtarışlar aparılıb. Faktla bağlı cinayət işi başlanılıb.