Bia.Az

Bərdədə 15 yaşlı qız ərə getmək üçün ağlasığmaz yola əl atdı

Hadisə
 13-02-2023, 12:24     228

Bərdə rayonunda 15 yaşlı qızla cinsi əlaqədə olan Kəlbəcər rayon sakini, 2005-ci il təvəllüdlü Sənan Quliyevə cinayət işi açılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, 17 yaşlı oğlanın keçən ilin iyun ayında nənəsinin yaşadığı kənddə qonşunun 15 yaşlı qızı ilə razılıq əsasında cinsi əlaqədə olması və onu hamilə qoyması məlum olub.

Belə ki, Nəcəfqulubəyli kəndində nənəsigilə gedən Sənan qonşuluqda yaşayan Səliməni (şərti adlı) görüb və onlar bir-birlərini sevməyə başlayıblar. Sənan qıza əsgərlikdən qayıdandan sonra onunla evlənəcəyini deyib. Qız isə ailəsinin onu Sənana verməyəcəyini bildirib və cinsi əlaqədə olarlarsa, ailələrinin fakt qarşısında qalaraq onların evlənməsinə etiraz etməyəcəyini bildirib.
Bundan sonra yeniyetmələr qızın yaşadığı evin arxasındakı bağda görüşərək əlaqədə olublar. Təxminən 2 ay sonra isə qızın hamilə olması üzə çıxıb. Anası onu Bərdə Diaqnostika Mərkəzinə aparıb və hamilə olması dəqiqləşib. Daha sonra yeniyetmə qızın atası hadisədən xəbər tutaraq polisə məlumat verib və Sənana cinayət işi açılıb.
Sonradan ailələr razılaşaraq yeniyetmələri nişanlayıblar. Həmçinin bu müddət ərzində 15 yaşlı qızın hamiləliyi yarımçıq pozulub.
2005-ci il təvəllüdlü Sənan barəsində Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib.
Məhkəmənin 1 fevral tarixli hökmü ilə 17 yaşlı oğlana 1 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.скачать dle 12.1