Bia.Az

Bakıda dəhşətli intihar – Özünü 12-ci mərtəbədən atdı

Hadisə
 13-02-2023, 11:52     275

Bakı şəhərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəhşətli intihar hadisəsi olub.

Globalinfo.az xəbər verir ki, qəsəbənin Yavər Əliyev küçəsi 8 ünvanında yerləşən çoxmərtəbəli binadan qadın özünü 12-ci mərtəbədən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, intihar edən qadın həmin binanın 138 saylı mənzilində yaşayan 1962-ci il təvəllüdlü Mətanət Eldar qızı Məmmədovadır.

Onun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1