Bia.Az

Doqquzmərtəbəli yaşayış binasında yanğın

Hadisə
 14-01-2023, 00:55     215

Bakı şəhərində yaşayış binasında yanğın olub.

BİA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 9 ədəd qoruyucu açar və 1 p.m kabel yanıb.

“Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda qeyd olunub.
скачать dle 12.1