Bia.Az

Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü - FOTO

Hadisə
 12-01-2023, 19:28     215

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

BİA.az “qafqazinfo”ya istinadən xəbər verir ki, magistralın Salyandan keçən hissəsində Masallı rayon sakini, Araz Məcidovun idarə etdiyi "KamAZ"la digər yük maşını toqquşub.

Nəticədə A.Məcidovun sərnişini, Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Kiçibəyov Rahid Elibəyi oğlu hadisə yerində ölüb. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzada vəfat edən R.Kiçibəyov Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovun qardaşı oğludur. O, biznes fəaliyyəti ilə məşğul olurmuş və yük maşınında bir neçə ton un olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.скачать dle 12.1