Bia.Az

Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı

Hadisə
 2-01-2023, 12:27     213

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Yenipress.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, Qafqazinfo pul oğurlanan avtomobilin tanınmış müğənni Nəfəsə məxsus olduğunu bildirib.скачать dle 12.1