Bia.Az

Polis partlayıcı vasitələr hazırlayan şəxsi saxlayıb

Hadisə
 1-01-2023, 16:32     209

Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində kustar üsulla tezalışan partlayıcı vasitələrin gizli şəkildə hazırlanmasını və satışını həyata keçirən Sadiq Qanbayev saxlanılıb.

Sadiq Qanbayevin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.скачать dle 12.1