Bia.Az

Xankəndi yoluna gedən jurnalistlər həbs edilib? - DİN

Hadisə
 15-12-2022, 14:01     219

Şuşa-Xankəndi yolunda çəkiliş aparmaq üçün gedən Meydan TV əməkdaşlarının saxlanıldığı barədə xəbər təkzib edilib.

Axar.az xəbər verir ki, DİN mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev onların icazəsiz şəkildə əraziyə girdiklərini bildirib.

“Keçid üçün icazələri olmadığından onlar geri qaytarılıblar. Saxlanılan yoxdur”, - o qeyd edib.

Xatırladaq ki, Meydan TV-nin əməkdaşı Xəyalə Ağayeva Şuşa-Xankəndi yolundakı aksiyadan çəkiliş etmək üçün gedərkən “mülki və qara maskalı şəxslər tərəfindən” saxlanıldıqlarını və naməlum istiqamətə aparıldıqlarını bildirmişdi.

O qeyd etmişdi ki, həmkarları Aytac Tapdıq və Teymur Kərimovla birlikdəyik.скачать dle 12.1