Bia.Az

“Ərdoğanın Putinlə yaxın münasibəti Qərbi qəzəbləndirib” – “Bloomberg”

Gündəm
 23-10-2022, 16:36     207

Türkiyənin hakimiyyət orqanları dəfələrlə bildirib ki, Ankara da sərt xətt seçsə, Moskva ilə dialoqu davam etdirəcək heç kim olmayacaq

Vaşinqton Ankara ilə Rusiya arasındakı münasibətlərdən narahatdır. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə enerji sahəsində əlaqələrin gücləndirilməsinə dair razılığı isə Vaşinqtonu hərəkətə keçirib. 
Belə ki, ABŞ maliyyə nazirinin köməkçisi Elizabet Rozenberq təcili Türkiyəyə gəlib. Amerika nümayəndə heyətinin əsas məqsədi anti-Rusiya sanksiyalarına riayət olunmasını müzakirə etmək olub. Qeyd edilir ki, bu, Qərbin Ankaraya Moskvaya qarşı daha sərt mövqe tutmağa məcbur etmək üçün sonuncu cəhddidir. 
AMA09843.JPG.jpg (94 KB)
“Son zamanlar Qərb diplomatları və siyasətçiləri tez-tez Ankara və İstanbula gələrək Türkiyəni Rusiya ilə əməkdaşlıqdan çəkindirmək istəyirlər. Oktyabrda bunun öz təsiri oldu – Türkiyə bankları Rusiyanın “Mir” ödəniş kartlarına xidmət göstərməkdən imtina etdilər. ABŞ Rusiya ilə münasibətlərə görə Türkiyəyə təzyiqləri artırır. Ərdoğanın Putinlə yaxın münasibəti Qərbi qəzəbləndirib” – “Bloomberg”in  manşet məqaləsində belə deyilir. Oxşar fikri Ankaradakı mənbələrə istinadən Türkiyənin “Dünya” qəzeti də yazıb. Nəşrin məlumatına görə, Türkiyə Rusiya ilə ticari əlaqələrinə görə xəbərdarlıq alıb. “Bloomberg” qeyd edir ki, Ankara mart ayından etibarən Rusiyaya paralel idxala icazə verib və bununla əlaqədar bir çox rus şirkətləri Türkiyədə öz nümayəndəliklərini açıblar.
Beynəlxalq Suriya danışıqları Moskva və Ankaranı qarşı-qarşıya gətirdi –  iplər qopur
Son zamanlar Qərb dəfələrlə Ankaranı Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulmağa razı salmağa çalışıb. Belə ki, iyun ayında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyəni Rusiyanın xaricdəki aktivlərinin bloklanmasına qoşulmağa razı salmağa çalışmışdı. 
Eyni zamanda, Brüssel də Ankaraya təzyiq göstərir. Oktyabrın əvvəlində Avropa Komissiyasının maliyyə sabitliyi, maliyyə xidmətləri və vahid kapital bazarı üzrə komissarı Türkiyəyə səfər edib. “Sanksiyalar Rusiyanın ticarətinə, investisiyalarına və xaricə səyahətinə mane olduğu üçün Putin üçün Ərdoğan getdikcə daha vacib tərəfdaşa çevrilir. Gələn il Ərdoğan yeni prezidentlik müddətinə namizədliyini irəli sürəcək. Ərdoğan Rusiyanın Türkiyə iqtisadiyyatını dəstəkləyəcəyinə ümid edir”deyə, “Bloomberg” yazır.
Təhlilçilərin fikrincə, qaz xabının gerçəkləşməsi Türkiyənin beynəlxalq arenada nüfuzunu artırmağa, eləcə də milli iqtisadi problemləri həll etməyə kömək edəcək. Belə ki, yalnız rəsmi məlumatlara görə, ölkədə inflyasiya 80%-i keçib. Bu halda isə Türkiyə özünün maraqlarını üstün tutmalı olacaq. 
Moscow Will Keep Fighting Terrorism in Syria | Majalla
Şərqşünas Andrey Ontikov isə “İzestiya”ya  deyib ki, hazırkı vəziyyət Türkiyə liderinin ehtiyatlı olmağa sövq edir.“Ərdoğan həddinə qədər praqmatikdir. Harada o, Rusiyadan öz məqsədləri üçün istifadə edə bilər, onu edəcək. Potensial itkilər faydalarından çox olduğu halda o, geri çəkilir. Əgər amerikalılar hansısa imkan pəncərəsinə göz yumurlarsa, o zaman Ərdoğan Moskva ilə əməkdaşlıqdan imtina etmir. Əks halda, Türkiyə lideri ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək fikrində deyil”. 
Z.jpg (10 KB)
Tədqiqatçısı türkoloq Alina Sbitneva isə hesab edir ki, Ankara seçdiyi kursa sadiq qalacaq: “Çünki Ərdoğan ilk növbədə öz milli maraqlarını rəhbər tutur, Qərb də açıq-aydın,Türkiyəni itirməkdən qorxur,onun təsir orbitini tərk edəcəyindən ehtiyatlanır”. Türkoloq hesab edir ki, Ərdoğanın nümayəndələri hələ yayda dəfələrlə bəyan etmişdilər ki, Türkiyə anti-Rusiya sanksiyalarına qoşulmaq niyyətində deyil, çünki bu, onun mərkəzçi siyasi xəttinə xələl gətirəcək.
Ekspert qeyd edib ki, Türkiyə hakimiyyəti  dəfələrlə bildirib ki, Ankara da sərt xətt seçsə, Moskva ilə dialoqu davam etdirəcək heç kim olmayacaq. Türkiyə həm bu status-kvonu qoruyub saxlamaq, dialoq üçün mərkəzə çevrilmək və mümkünsə, iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün faydalanmaq istəyir./Musavat.com /скачать dle 12.1