Bia.Az

“Turan ideoloqu”nun nazir təyinatı Rusiyanı ayağa qaldırdı

Gündəm
 14-01-2022, 10:24     270

Qazaxıstan prezidentinin anti-Kreml mövqeli Askar Umarovu informasiya naziri təyin etməsi Rusiya mediasının hücumu ilə nəticələnib, qəzetlər Tokayevin təyinatını Putinə xəyanət kimi dəyərləndirirlər; Tofiq Abbasov: “Onun kadrlarını qaralamağa başlayıblar...”

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin elan etdiyi yeni Nazirlər Kabinetinin üzvləri sırasında anti-Rusiya mövqeyi ilə seçilən və Rusiyada qatı qazax millətçisi kimi tanınan, hətta Rusiyaya girişinə qadağa qoyulan Askar Umarov da var.
“Yeni Müsavat” xəbər verir ki, bunun məntiqi davamı olaraq Umarovun Qazaxıstanın informasiya və ictimai inkişaf naziri təyin olunması xəbəri yayılandan dərhal sonra Kremlə yaxın mətbu orqanlar Tokayevin kadr siyasətinə qarşı açıq hücuma keçiblər. Ümumiyyətlə, bu təyinata qədər həmin nazirlikdə nazir müavini vəzifəsini tutan, daha əvvəl isə Qazaxıstanın rəsmi dövlət agentliyinə rəhbərlik etmiş Umarovun Rusiya və rus dili ilə bağlı bir çox açıqlamalarının olduğu bildirilir. Nəzərə alınsa ki, bu nazirlik Qazaxıstanda ideoloji sahəyə cavabdeh olan əsas qurumdur, o zaman Kremlə yaxın mətbuatın narahatlığını, hətta isterikasını başa düşmək olar...
The Russian Foreign Ministry condemned the nationalist statements of the  Kazakh Minister Umarov – Politics
Bu mövzu ilə bağlı “Komsomolskaya Pravda” da geniş məqalə ilə çıxış edib. Tokayevin Umarovu ideoloji işin başına gətirməsini rişxəndlə “etdiyi kömək üçün Rusiyaya minnətdarlıq” adlandıran qəzet qeyd edir ki, Umarov uzun illərdir Qazaxıstanda rus dilinin sıxışdırılmasının əsas təşəbbüskarlarından biridir. Hətta bildirilir ki, məhz onun rəhbərliyi altında “dil patrulları” kimi tanınan QHT-lər yaradılıb və onlar rus dilinin sıxışdırımasına çalışaraq, əhalinin və dövlət qurumlarının qazax dilindən istifadəsini təbliğ və təşviq ediblər.(Azpolitika.info)
“Komsomolskaya Pravda” Askar Umarovu Böyük Turan ideyasının Qazaxıstandakı əsas təbliğatçısı adlandırır. Qəzet  qeyd edir ki, yeni nazir böyük Türk birliyinin yaradılmasının, oraya hətta Rusiyanın Tatarıstan, Başqırdıstan, Yakutiya bölgələrinin də daxil edilməsinin tərəfdarı və təbliğatçısıdır. Rusiyanın “Novıye İzvestiya” qəzeti isə bir qədər də irəli gedərək, Umarovun təyinatını “Rusiyanın kürəyinə vurulan zərbə” adlandırıb. Bununla bağlı yazıda artıq Kreml təbliğatçılarının peşmançılıq və əsəblə “biz Tokayevə niyə kömək etdik” sualını verdikləri qeyd olunur. Görəsən, Tokayevin bu təyinatının arxasındakı səbəblər, özünü qazax ictimai rəyində reabilitasiya cəhdidir, yoxsa Moskvaya “qərarlarımda müstəqiləm” mesajıdır? Ümumiyyətlə, rus mediasının bu tənqidləri nə dərəcədə ədalətli və obyektivdir? Tokayev komandasını qurarkən antirus olmayanlardan təşkil etməlidirmi? Belə bir öhdəliyi varmı? Sadəcə, iğtişaşları yatırmağa rus qoşunlarını dəvət edən prezidentin indi anti-Kreml mövqedə dayanan, rus dilinin sıxışdırılmasında əsas ideoloqlardan birini nazir təyin etməsi arasında ziddiyyət var deyə müzakirə açmaq olar. Rus qəzetləri isə az qala bu təyinatı Tokayevin Putinə xəyanəti kimi dəyərləndirirlər. Görünür ki, Moskvada müəyyən kluarlarda artıq Qazaxıstana münasibətdə vassal, müstəmləkə kimi baxmağa başlanılıb. Yeri gəlmişkən, Rusiyanın Rossotrudniçestva federal agentliyinin başçısı Yevgeni Primakov özünün Telegram kanalında bildirib ki, onun idarəsi Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Askar Umarovla işləməyəcək, çünki onun “Qazaxıstandakı ruslara nasist və şovinist münasibəti var”. Primakov yazıb: “Qardaş Qazaxıstanın suverenliyinə və respublikada sülhü bərqərar etmək səylərinə hörmət bildirərək, özümü köhnə, avtomatik işləyən və yoxlanmış qaydanı yada salmağa borclu bilirəm ki, Rossotrudniçestvo rusofob zibillərlə əlaqə saxlamır, onlarla işləmir və əməkdaşlıq etmir. Bu, bizim adıçəkilən nazir və onun rəhbərlik etdiyi nazirliklə indiki konfiqurasiyada istənilən qarşılıqlı fəaliyyətimizi istisna edir”.
Umarov 2012-ci ildə “Türk akademiyası” ictimai birliyinin vitse-prezidenti olub. O, bundan sonra iki il Astana Ekspo-2017 şirkətinin direktoru olub. Umarov nazir vəzifəsinə gələnədək, 2017-2020-ci illərdə “Kazinform” xəbər agentliyinin baş direktoru vəzifəsində çalışıb. Umarov özünün facebook səhifəsində Primakovun qeydlərinə və ya özünün dediyi kimi, “obrazının əcinnələşdirilməsinə” reaksiya verib: “Bundan əvvəl tutduğum bütün vəzifələrdə rusiyalı və başqa partnyorlarla məhsuldar iş aparmağa çalışmışam. Bir daha tolerantlıq və xalqlar dostluğu prinsipinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaş münasibətlərinə sədaqətimi bildirirəm”.
İslamofobiyanın hansı fəsadları ola bilər – politoloq şərhi - 17.11.2019,  Sputnik Azərbaycan
 Tofiq Abbasov
Politoloq Tofiq Abbasov isə kadr təyinatında əsas meyarın peşəkarlıq olduğunu düşünür. Analitikin “Yeni Müsavat”a dediyinə görə, ondan sonra siyasi-ideoloji baxışlar gəlir: “Professionallıq prioritetdir. Amma Rusiyada bəzi media qurumları, siyasətçiləri elə bilirlər ki, Qazaxıstan bu ölkənin quberniyasıdır. Qətiyyən belə deyil. Əlbəttə, KTMT qoşunlarının oraya daxil olmasından sonra imperiya kompleksi aparıcı mövqeyə çıxıb. Amma Qazaxıstan müstəqil ölkədir. Biz Azərbaycana münasibətdə də bəzən rus media orqanlarının belə kampaniyalarına şahid oluruq. Onlara elə gəlir ki, dedikləri ilə oturub-durmalıyıq. Baxın, Azərbaycan və Rusiya liderləri arasında hansı səviyyədə xoş münasibət var, amma ətrafda olan rus siyasətçilər, deputatlar nə oyunlardan çıxırlar, əlaqələri necə laxladırlar. İndi Qazaxıstana da qarşı belə yanaşmalar ortaya qoyurlar”.
T.Abbasovun sözlərinə görə, Umarov hələ işinə başlamayıb, onu qara boyalarla təsvir edirlər: “Tokayev prosesləri əlində cəmləyib və istəyir ki, komanda formalaşdırsın, amma sırayla onun kadrlarını qaralmağa başlayıblar. Hətta onun hansısa ölkəyə münasibəti varsa, öz xalqına xidmət etməkdə nə problem yarada bilər? Ona görə sülhməramlı getdikdən sonra bəzilərində fikir formalaşır ki, Qazaxıstan Rusiyaya birləşir, tam yanlış yanaşmadır. Qazaxıstanda milli ruh güclüdür. Ona görə onların dedikləri yekəxanalıqdır və millətçi qüvvələr öz prizmalarından məsələyə baxırlar. Azərbaycanla da bağlı kampaniyalar aparılır. Biz rus mediasının sözü ilə oturub-durmalıyıq? O baxımdan bu tənqidlər Qazaxıstanın daxili işlərinə qarışmaqdır”.скачать dle 12.1