Bia.Az

“RUSİYA İLƏ DOST OLMAQ, UDUZMAQ DEMƏKDİR...” – Solovyovun verilişində Rusiyanı “qamçıladılar”

Gündəm
 17-11-2021, 14:09     273

Ermənipərəst jurnalist Vladimir Solovyovun “Solovyov LIVE” verilişinin 16 noyabr efirində maraqlı fikirlər səsləndirilib.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədində son günlər baş verən qarşıdurmaların müzakirə olunduğu həmin verilişdə Ermənistandan olan siyasi şərhçi və jurnalist Ayk Xalatyan deyib: “Moskva elə edir ki, Rusiyanın dostu olmaq “luzer”(İngiliscədən tərcümədə “hər zaman uduzan” anlamını verir-red.) sözünün sinonimi olmaq deməkdir. Rusiyanın yanındasınızsa, həm xarici siyasətdə, həm də daxili siyasətdə uduzansınız, çünki Rusiya Donbassdan başlayaraq, Qarabağa qədər, Moldova, Ukrayna, Ermənistan, hər yerdə sizə komək etməyəcək, dəstək verməyəcək, həm daxili, həm də xarici siyasətdə. Budur, Rusiyanın indiki xarici siyasəti”.
Rusiyadan küsdüklərini gizlətməyən Xalatyan həmçinin deyib ki, indi ermənilərdə iki fikir formalaşıb: “Ya Rusiya Azərbaycanla razılaşıb, ya da Rusiya televizorda deyilən qədər güclü deyil, Türkiyənin və Azərbaycanın gücündən qorxur. Ona görə də onlar (ermənilər-red.) belə qənaətə gəlirlər ki, ya daha güclü, ya da daha etibarlı müttəfiq tapmaq lazımıdr...”
Əslində, Solovyovun efirində utanıb çəkinmədən söylənən bu fikirlər təsadüfi deyil və bir tərəfdən ümumilikdə erməni cəmiyyətinin və onun öndə gedənlərinin həyasızlığını, Rusiyanı “qaza gətirmək”, həmişəki kimi rusun arxasında gizlənmək istəyini göstərirsə, digər tərəfdən də bu cəmiyyətdəki anti-Rusiya meyllərinin daha da gücləndiyini ortaya qoyur.
Belə ki, erməni cəmiyyətinə heç də naşı biri olmayan Xalatyan bununla bağlı deyib ki, məsələ təkcə müharibədə deyil. Ermənistanda keçirilən növbədənkənar seçkidə də Moskva rusiyameylli qüvvələri və elektoratı onların gözlədiyi qədər dəstəkləməyib: “Rusiya burada da tərəflərlə məsafəli davrandı. Bu səbəbdən rusiyapərəst elektorat növbəti mənəvi zərbə aldı”.

Maraqlıdır ki, həmin bu Xalatyan yayda keçirilən növbədənkənar seçkilərdə Robert Koçaryanın “Hayastan” blokundan deputatlığa namizəd olub. Lakin parlamentə düşə bilməyib. Bununla yanaşı, seçki təbliğatı dönəmində, yəni cəmi 5 ay əvvəl Rusiyanı “göylərə qaldırırdı”. Bu şəxs həmin vaxt telekanalların birinə müsahibəsində 44 günlük müharibədəki acı məğlubiyyətə və Rusiyadan gözləntilərin doğrulmamasına rəğmən, Moskvaya bir xeyli “bəy tərifi” deyəndən sonra əlavə etmişdi ki, “Ermənistan üçün Rusiya ilə ittifaqın alternativi yoxdur”. Lakin görünür, həm təmsil etdiyi blokun və özünün seçkidəki məğlubiyyəti, həm də son günlər sərhəddə erməni ordusunun qalıqlarının növbəti biabırçı məğlubiyyətə uğraması və Rusiyanın yenə də ermənilərin gözlədiyi reaksiyanı verməməsi Xalatyanı və erməni cəmiyyətinin onun kimi düşünən böyük kəsimini tarixi havadarının və “ağa”sının üzünə ağ olmağa, ona arxa çevirməyə vadar edib. Bu isə daha çox Qərb dairələrinə bağlı olan Nikol Paşinyan hakimiyyətinə sərf edir.
Yeri gəlmişkən qeyd edək ki, oxşar münasibəti Rusiyadan küsən rusiyapərəst ermənilərlə yanaşı, Paşinyan hakimiyyətini təmsil edənlər və qərbpərəst ermənilər də sərgiləyir.
Son günə qədər Rusiyanın əleyhinə danışmağa bir o qədər cəsarət etməyən Paşinyanın tərəfdarları və silahdaşları artıq açıq şəkildə Moskvanı və onun rəhbərlik etdiyi KTMT-ni tənqid və təhdid etməyə başlayıblar. Misal üçün, hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Ovik Ağazaryan parlamentin dünənki iclasında deyib: “Bu gün baş verənlərə KTMT-nin susqunluğu hansısa razılaşmanı xatırladır. Ona görə də qəbuledilməzdir. Bizim tərəfdaşımız olan KTMT başa düşməlidir ki, alternativ imkanımız həmişə olub. Əgər tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirmirlərsə, açıq desinlər, onda biz onlardan kömək istəmərik. Amma onlar öhdəliklərini yerinə yetirməyə borcludurlar...”
Hakim partiyadan olan digər deputat Vigen Xaçatryan isə deyib: "Hesab edirəm ki, ilk növbədə Rusiya və KTMT öz öhdəliklərini yerinə yetirməyə borcludur. Əgər müttəfiqlərimiz öz öhdəliklərini yerinə yetirə bilmirlərsə, o zaman biz başqa müttəfiqlər tapa bilərik. Bu seçimi bizə heç kim məhdudlaşdıra bilməz...”
Bütün bunlar, hakimiyyətli-müxalifətli, bütünlükdə erməni cəmiyyətində Rusiyaya olan münasibətin hansı səviyyədə pisləşdiyini göstərir. Baxmayaraq ki, hər zaman olduğu kimi, məhz Rusiya Azərbaycanın Ermənistanla məsələni birdəfəlik həll etməsinə, bu işğalçı, cığal, saxta tarixi uydurmalar üzərində bərqərar olan oyuncaq dövlətə layiq olduğu son yerini göstərməsinə imkan vermədi və onu Azərbaycanın əlindən aldı, xilas etdi.
Onu da xatırladaq ki, cəmi bir həftə əvvəl İrəvanda keçirilən bir etiraz aksiyasında millətçi erməni siyasi hərəkatının liderlərindən biri rusların anlaması üçün elə rus dilindəcə demişdi: “Erməni və rus xalqları arasında heç vaxt dostluq olmayıb. Ermənistan həmişə Rusiya üçün alver obyekti olub. Ona görə də Rusiya-Ermənistan dostluğu mifi birdəfəlik ifşa olunub. Biz erməni xalqı sizə Mixail Yuryeviç Lermontovun sözləri ilə cavab veririk: “Əlvida, yuyulmamış Rusiya””. Sanki, bunu deyənlər özləri pak və təmizdirlər və 30 ildir əlini-üzünü günahsız azərbaycanlıların qanına bulayan, hazırda isə layiq olduğu çirkabın içində boğulan, miskin duruma düşən dövlətin təmsilçiləri deyillər.
Rusiyaya gəldikdə isə, əslində, o, elə bu mənzərəni və sözləri haqq edir, ən azından ona görə ki, hətta öz siyasi maraqlarına uyğun olsa belə, əsrlər boyu ermənilərin nə qədər zatıqırıq, satqın və ikiüzlü millət olduğunu bilə-bilə onlara bu dərəcədə havadarlıq etməli deyildi...скачать dle 12.1