Bia.Az

Son Dəqiqə!!! SƏRHƏDDƏ DÖYÜŞ: ERMƏNİ ORDUSU BÖYÜK İTKİLƏR VERİB! - Xeyli sayda erməni hərbçisi saxlanılıb + FOTO (Yenilənib)

Gündəm
 16-11-2021, 22:56     244

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədiyinə dair məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Hətta Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Bu təxribata cavab olaraq görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Erməni tərəfi isə həmişəki kimi tam fərqli məlumat yayıb.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan tərəfinin Ermənistanın şərq sərhədlərində erməni silahlı qüvvələrini atəşə tutaraq, irəliləməyə cəhd göstərdiyini iddia edib. Rəsmi məlumatda erməni hərbçilərinin Azərbaycan tərəfindən tərkisilah olunaraq həbs edildiyi açıqlanmayıb.

. Ancaq Ermənistanın “Hraparak” qəzeti xeyli sayda erməni hərbçisinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü yazıb. Qəzet hazırda sərhəddə ağır hərbi texnika və artileriyadan istifadə olunmaqla atışmanın davam etdiyini bildirir.

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə 12 hərbçisinin əsir düşdüyünü bəyan edib. Məlumatda qeyd olunur ki, əsir düşənlərin 7-si müddətdən artıq xidmətdə olan hərbçilərdir. Nazirlik itkilərlə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.

Həmçinin, bildirilir ki, döyüş əməliyyatları səngiməyib.

Zəngəzurun Noravan kəndinin icra nümayəndəsi Slavik Papyan isə Azərbaycan hərbi birləşmələrinin kəndə doğru 2 kilometr irəlilədiyinə dair məlumat verib.

Düşmən ölkənin KİV-nin məlumatına görə, Ermənistan tərəfindən 10 nəfər ölüb, 6 nəfər yaralanıb.

Eyni zamanda, vurğulanır ki, Ermənistan tərəfi 11 döyüş mövqeyini itirib. Rəsmi İrəvan isə həıləlik 4 döyüş mövqeyini itirdiyini etiraf edib.
Caliber.az saytı isə yazır ki, sözügedən insident zamanı erməni tərəfi yeni itkilər verib: “Bizim düşmənin itkilər verdiyinə dair etibarlı mənbələrə əsaslanan məlumatımız var. Bizim sərhədlərimizə hücum cəhdi erməni cəmiyyəti üçün fəlakətlə nəticələndi...”
Hələ ki, ələ keçirilən erməni hərbçilərinin sayı, itkilər barədə dəqiq və ətraflı məlumat verilməsə də, sərhəddə vəziyyətin çox gərgin olduğu şübhə doğurmur. Yəqin ki, yaxın saatlarda sərhəddəki durumla bağlı daha müfəssəl məlumatlar əldə olunacaq.
“AzPolitika.info”  


BİA.AZ

скачать dle 12.1