Bia.Az

Basqal meşələrində ağac soyqırımı - Nazirlik hərəkətə keçdi (FOTO/VİDEO)

Gündəm
 10-11-2021, 16:22     45

 İsmayıllı rayonunun Basqal kəndi yaxınlığındakı meşədə uzunillik palıd ağacları kəsilir. 

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, bəzi işbazlar 30-40 ilin palıd ağaclarının soyqırımını həyata keçirir. Sakinlər deyir ki, onlarla ağac kəsilərək doğranıb. Bildirilir ki, artıq müvafiq qurumlar məsələdən xəbərdardır. 

Əldə etdiyimiz məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələni yerində araşdırıb və akt tərtib edib. 

Yerli sakinlər baş verənlərə görə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribovun adını hallandırır: "Əfqan Qəribovun əmisi Cabbar Qəribov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır. Bundan başqa, onun nazirliyin departament rəhbəri Namiq Xıdırovla dostluq münasibətləri var. Görünür, bu şəxslərə güvənir. Lakin artıq nazirlik məsələdən xəbərdardır, akt da tərtib olunub. Ümid edirik ki, müvafiq tədbir görüləcək”.
Sahibkar Novruz Gülməmmədov da bizimlə söhbətində bildirib ki, Basqal meşəsində ağacların kəsilməsinə görə Əfqan Qəribov məsuliyyət daşıyır: "Dəfələrlə bu barədə danışılıb. Amma nəticəsi yoxdur. Nəhayət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələni yerində araşdırıb və akt tərtib edib. 40-a yaxın uzunillik palıd ağacı kəsilib. Bununla bağlı foto və videofaktlar var”.

Sahibkar deyib ki, hazırda Əfqan Qəribovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır: "Mən onlardan nazirliyə şikayət etmişdim. Operativ reaksiya verdilər, məni qəbul etdilər, dinlədilər. Əlimdəki faktları təqdim etdim. Həmin faktları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriblər”.

 

скачать dle 12.1