Bia.Az

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb

Gündəm / Siyasət
 24-03-2020, 14:57     366

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıbMartın 23-də Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılıb.

Bu barədə "bia.az"a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Milli Məclisin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədi ilə parlament Sədrinin martın 18-də imzaladığı sərəncamına uyğun olaraq reallaşdırılıb.скачать dle 12.1