Bia.Az

"Qoy bu bayram ürəklərdə xoş duyğular oyatsın" - Mehriban Əliyeva

Gündəm / Siyasət
 20-03-2020, 10:00     340

"Qoy bu bayram ürəklərdə xoş duyğular oyatsın" - Mehriban Əliyeva
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.


bia.az xəbər verir ki, bu haqda Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Təbrikdə qeyd olunub:

Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!скачать dle 12.1