Bia.Az

“BU VƏZİYYƏT TÜRKİYƏNİ REGİONDA DAHA ÖNƏMLİ HALA GƏTİRİR” - “Ərdoğan Baydenlə görüşdə nəyi müzakirə edəcək?”

Gündəm
 18-05-2021, 09:44     272

Pol Qobl Rusiya və Avrasiya üzrə tanınmış mütəxəssisdir. O, həmçinin vaxtilə ABŞ Dövlət Departamentinin xüsusi müşaviri olub və Mərkəzi Kəşfiyyat İdarəsinin anlaitik eksperti işləyib.

Yaxın günlərdə “Amerikanın Səsi” radiosunun türk redaksiyasının müxbiri Mehmet Toroğlu Pol Qobldan mühüm müsahibə götürüb. Bu barədə Türkiyənin “Cumhuriyet” qəzətində dərc olunan məqalədə məlumat verilib. 
Məqalədə qeyd olunur ki, P.Qoblun əsas tezisləri aşağıdakılardır:
- Krit adası İncirliyə alternativ ola bilməz. İstənilən adam xəritəyə və NATO tarixinə baxarsa, Yunanıstanın nə vaxtsa Türkiyəni əvəzləyə biləcəyini iddia etməyəcək.
- Türkiyə İncirliyi bağlamayacaq və ABŞ yaxın illərdə İncirlikdən imtina etməyəcək.
- Türkiyə coğrafi mövqeyinə görə kilid ölkədir, boğazlar və Qara dəniz ABŞ üçün böyük əhəmiyyət daşıyır.
- “S-400” raketlərinin alınması Türkiyənin kurs dəyişdirməsi anlamına gəlmir.
- Türkiyə Orta Asiyadakı maraqlarını ABŞ-la apardığı danışıqlarda ortaya qoymalıdır.
- İstanbul kanalı Montre konvensiyasını dəyişəcək.
İstanbul kanalının Montre konvensiyasını təhlükə altına alacağı barədə çox danışılır. Rəsmi Ankara  bir tərəfdən bu baxışların əhəmiyyətini azaltmaq üçün ictimaiyyətə ”Kanal İstanbulun Montre konvensiyasına heç bir aidiyyatı yoxdur” deyir, digər tərəfdən isə “gərəkirsə İstanbul kanalından hərbi gəmilər keçə bilər” bəyanatını səsləndirir.
Türkiyə hakimiyyəti həmçinin “daha yaxşı yol çəkilənə qədər biz Montre konvensiyasına sadiqik” deməklə, bu məsələni müzakirəyə açıq saxlayır.

Pol Qobl deyir: ”İstanbul kanalı Montre konvensiyasına bəzi dəyişikliklər gətirə bilər. Ankara çox açıq şəkildə deyir ki, Montre konvensiyasının müddəaları İstanbul kanlına tətbiq edilməyəcək, belə olan halda həmin konvensiya indiki əhəmiyyətini itirir. Dolayısıyla belə bir vəziyyət Türkiyəni Qara dəniz regionunda daha önəmli hala gətirir”
Prezident Rəcəb Tayyib Ərdoğanın “Qara dəniz Rusiya gölü olmasın” deyərək, NATO-nu regiona çağırması və iqtidarın Ukrayna siyasəti ABŞ-ın işini asanlaşdırır. Belə şətrlərlə İstanbul kanalının tikilməsi və bu səbəbdən də Montre konvensiyası ətrafında müzakirələrin aktivləşməsi Türkiyə və Qara dəniz üçün böyük problemdır.
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahım Kalın “Hürriyet” qəzetinin müxbiri Erdinç Çelikhanla söhbəti zamanı “beş mühüm mesajı” açıqlayıb.

Ümumiyyətlə, Kalın iyun ayında keçiriləcək NATO sammitində Ərdoğan və Bayden arasındakı görüşdə Türkiyə hakimiyyətinin daha konkret mövqe qoyacağının siqnalını verib.
İbrahim Kalın deyib: ”Əgər biz Amerika ilə müttəfiq və strateji tərəfdaşıqsa, onda “S-400” məsələsini danışıqlar yoluyla həll edə bilərik. Əgər şərtlər uyğun olarsa, biz “S-400” raketlərilə yanaşı “Patriot” raketləri də ala bilərik”.
Türkiyə ABŞ ilə nəyi müzakirə etməyi planlaşdırır? Türkiyənin Müdafiə Naziri Hulisi Akarın bəyanatından sonra gündəmə gəlmiş Krit modelinimi, yoxsa ”S-400” kompleksinin Naxçıvana daşınması modelinimi?...скачать dle 12.1