Bia.Az

ERMƏNİSİZ AZƏRBAYCAN! ERMƏNİSİZ QAFQAZ! - İrəvan Türk Cümhuriyyəti haqqında xaincəsinə susulur!

Gündəm
 14-03-2021, 15:37     641

Biz, Azərbaycan torpaqları üzərində qurulmuş erməni dövlətinin varlığına son verməliyik!

Azərbaycanın ermənilər üzərindəki qələbəsini kiçildən təbliğat mexanizmi düşmənin maraqlarına xidmət edir!

Yasəmən QaraqoyunluDaxili və xarici media qurumlarından, "Youtube" kanallarındakı soydaşlarımızın çıxışlarından aldığım təəssürat məndə belə fikir formalaşdırdı ki, Azərbaycan öz keçmişindən qopmuş, tarix hafizəsini kayb etmiş bir toplumdur və ölkənin gələcəyi ilə bağlı fikirlərdə, görüşlərdə keçmişdən qopmuş gələcək təsəvvürləri, paramparça olan ziddiyyətli, bir birinin əksi olan müxtəlif baxış acıları hakimdir.
Sanki Azərbaycanın gələcəyi keçmişindən qopmuşdur. İlgincdir ki, gələcəklə bağlı təsəvvürlərdə Azərbaycan dəyər etibarilə Avrasiyanın və Türk İslam sivilizasiyasının deyil, Atlantikanın bir parçası kimi göstərilir.
1. Azərbaycanda Baydeni qurtarıcı lider kimi təbliğ edib, amerikan ilkələrinə və mənfəətlərinə xidmət edəcək kəsimlər yetişmişdir. Bu kəsimlər öz təbliğatlarını "diktator Ərdoğan, Əliyev" - "demokrat Bayden, xilaskar Amerika" obrazını formalaşdırmaq yönümündə qurmuşlar. Türkiyə və Azərbaycanın "bir millət, bir dövlət" projesini deyil, Türkiyənin Qafqazlarda, Ağ dənizdə, Türküstanda genişlənməsini deyil, Baydenin andiçmə mərasimində səsləndirdiyi amerikan stratejisini və ilkələrini təbliğ etməyi özlərinə hədəf seçmişlər. 


Baydenin səsləndirdiyi siyasi hədəfləri sanki Azərbaycanın hədəfləri kimi təbliğ etməkdədirlər. Türkiyəmiz Avrasiyada dəngələri dəyişəcək stratejilər, savaşlar başlatmışdır. 
Batı paradiqmalarının və imperializminin antitezi olan bir Türk-İslam tezi və stratejisi gəlişməkdədir. "Dünya beşdən böyükdür", "Məzlumların haqqının müdafiəsi" kimi siyasi strateji ideyalarla Afrikaya, Avrasiyaya açılım yapıb, AvroAtlantizmin kürəsəl imperialist sınırlarını daraldan yeni bir super gücün -Turanın inşasına başlanılmışdır. 
"Bir millət, iki dövlət", "Altı dövlət, bir millət" ideyaları Turan coğrafiyasına yeni bir hədəf, yeni ümid verdiyi çağda ölkəmiz içində bu hədəflərdən çox uzaq kəsimlər Orta Doğunu öz işğalları və imperializmi ilə qan gölündə boğduran Amerika və Baydeni demokrat və xilaskar, Ərdoğanı diktator kimi təbliğ etməkdədirlər. Yazıqlar olsun!
Oysa ki, Ərdoğan "Biz özümüz supergüc olalım, Turan quralım, Türk-İslam sosio-mədəni sistemini, super gücünü quralım, iqtisadi-hərbi güc olalım" deyərkən, bizim Batı heyranlarımız Ərdoğanı diktator, dinçi, avtoritar, işğalçı Amerika liderlərini - Buşu, Baydeni demokrat, xilaskar kimi ölkəmizə sırımaqdadırlar. Yazıqlar olsun ki, öz stratejimizə, gələcəyimizə çalışan güclü media qurumlarımız və stratejistlərimiz yoxdur.

Batı, amerikan maraqlarına çalışan media strukturları ölkəmizi AvroAtlantizmin (son dönəmlərdə bunlar belə parçalandılar) protektoratına, əlavəsinə, qurbanına çevirmək yönümündə necə də israrla çalışırlar.
Əlbəttə ki, bizim üçün Türkiyəni, türklük dəyərlərini, türkün yeni dirilişini simgələyərək Qafqazlara, Türküstana daşıyan "avtoritar Ərdoğan" Amerikanın kürəsəl hakimiyyətini Yer üzünə yayan "demokrat Bayden"dən daha üstündür.
2. Ölkəmizdə "demokrat Paşinyan diktator İlham Əliyevdən yaxşıdır" təbliğatı genişlənmişdir. Sanki "demokrat Paşinyan" yenidən savaş olarsa, türklərə, Azərbaycana, Türkiyəyə güllə atmayacaqmış. Sanki Gəncəyə atılan raketləri və kütləvi qırğınları "demokrat Paşinyan" həyata keçirməmişdir.

İlham Əliyevə qarşı Paşinyan şəxsiyyətini qoymaq və Paşinyan heyranlığını ölkəmizin içində təbliğ etmək çox təhlükəli və həm də etik deyildir. Bu, ölkənin maraqlarına ziddir, düşmənçilikdir! 
Biz İraqda, Suriyada, Əfqanıstanda öz dövləti uğrunda savaşan bir əsgəri işğalçı demokrat Buşdan, Klintondan, Baydendən daha üstün görürük. 
Və soruşuruq: "Amerika, sənin min illərdir türklərin hökm sürdüyü torpaqlarda, Səlçukluların... Osmanlının, Baburların, Qacarların torpağında nə işin var?!"
Biz ölkəmizin diktatorunu da, demokratını da, dinçisini də, kosmopolitini də işğalçı demokrat ermənidən və "demokrat Paşinyan"dan üstün tutmaqla bərabər, həm savaşdakı qələbələrimizdə öncəliklə 3 min şəhidimizin, qazilərimizin böyük əməllərini, həm də Ali Baş Komandan kimi İlham Əliyevin də əməllərini və uğurlarını təqdir edirik.
Biz, Haqqın yanındayıq! Haqqı deməliyik. Əlbəttə, biz demokratik sistemi və idarəetmə modelini dəstəkləyirik və Azərbaycanda da demokratik sistemin qurulmasını arzulayırıq, lakin onu da bildiririk ki, "diktator İlham Əliyev" Ermənistanı bu savaşda məğlub etdi, qalibdir, "demokrat" işğalçı Paşinyan məğlubdur. "Demokrat Paşinyan" işğalçıdır, haqsızdır, "diktator İlham Əliyev" müdafiəçidir, haqlıdır, ən əsası qalibdir.

Biz, Azərbaycan siyasəti ilə bağlı görüşlərdə İlham Əliyevdən fərqli siyasi baxış acısına sahib olsaq belə, əsla İlham Əliyevin Paşinyanla müqayisəsinə razı ola bilmərik!
Çox təəssüf ki, hazırda Azərbaycanda çox təhlükəli proses başlanmışdır. Təbliğatlarda Rusiyaya qarşı dirənən və Qərbə inteqrasiya olmaq yolunu seçən Ermənistan Azərbaycana örnək kimi göstərilir, lakin o suala cavab verilmir ki, Qərbə inteqrasiya olunan Ermənistan Azərbaycana, Türkiyəyə qarşı işğalçılıq müharibələrindən əl çəkəcək, ya yox? 
Elə təbliğat aparılır ki, guya Ermənistan Qərblə inteqrasiya olunduqda dostumuz olacaqmış və savaş bitəcəkmiş. Və maraqlıdır ki, Qərbə inteqrasiya olan Ermənistanın daha da gücləndirilərək yenidən işğalçılıq müharibələrini başlada biləcəyi ehtimalı üzərində riyakarcasına susulur, heç bu barədə müzakirələr aparılmır.
Biz, Rusiya protektoratı olan zəif Ermənistan üzərində asan qələbə çala bilərik, yoxsa Qərbə inteqrasiya olunmuş güclü Ermənistan üzərində? Bu sualın üzərində heç müzakirə başladılmır. Türk-erməni qarşıdurmalarında və savaşlarının başlanmasında, ermənilərin silahlandırılmasında 1850-ci illərdən Osmanlı və Qacar dövlətləri içərisində Amerika, İngiltərə, Fransaya bağlı misyoner framason təşkilatlarının fəaliyyətlərini və 1914-1918-1920-ci illərdə ermənilərin məhz bu dövlətlər tərəfindən silahla təmin edilərək türk soyqırımı həyata keçirmələrini heç müzakirə predmetinə çevirməyən bu kəsim, elə hesab edir ki, Ermənistan Qərbə inteqrasiya olunanda və orada demokratik sistem qurulanda, əsla daha Azərbaycanla savaşmayacaqmış. Elə təəssürat yaradılır ki, guya Qərb Ermənistanın Azərbaycana savaş açmasına imkan verməyəcəkmiş. Saçma təsəvvürlər.
3. Azərbaycanın ermənilər üzərindəki qələbəsini kiçildən təbliğat mexanizmi gecə-gündüz işləməkdədir. Əslində, 2-ci Qarabağ Savaşının qələbələri və əhəmiyyəti xalqın gözündən düşürülməkdədir.


Xalqın ruhdan düşməsini, savaş ruhunun öldürülməsini, növbəti savaşlara girməsini önləyən bir təbliğat sistemi qurulmuşdur. Bu təbliğatın nəticələri ancaq Ermənistanın maraqlarına xidmət edir.
Biz hesab edirik ki, qələbəmizə, uğurlarımıza şərəflə sahib çıxmalıyıq, eyni zamanda, bundan sonrakı fəaliyyətimiz rus işğalçılarının Qarabağdan çıxarılmasına, Azərbaycanın dövlət suverenliyinin bütün Qarabağda qeydsiz-şərtsiz bərpa edilməsinə yönəlməlidir. Bütün gücümüzü bu hədəflərin reallaşmasına səfərbər etməliyik. Biz uğurlarımızı, qələbəmizi kölgələyəcək bütün təbliğat sistemlərinə arxa çevirib, milli birliyimizi qorumalıyıq. İç savaşlara yenilib düşməni gücləndirmək haqqımız yoxdur!
4. Rusiyasız Qafqazda Ermənistanla Azərbaycanın yanaşı qarşılıqlı əlaqələrindən bəhs edilir. Tarix hafizəsi qırılmış Azərbaycana ermənilərlə savaş yox, sülh və inteqrasiya ideyası aşılanır ki, bu təbliğatda gecə-gündüz Qarabağ ermənilərinin gələcək durumları müzakirə edilir, lakin xaincəsinə Ermənistan vətəndaşı olan, Ermənistandan köçə zorlanan yerli türklərin adı əsla çəkilmir, varlığı xatırlanmır. 

İrəvan Türk Cümhuriyyəti haqqında xaincəsinə susulur. Proses yenə ermənilərin xeyrinə çalışır. Biz, Rusiyasız Qafqaz tələb edirik, lakin həm də ermənisiz Qafqaz tələb edirik! Qafqazda bir erməni dövlətinin varlığını da əsla qəbul etmirik. Ermənilər Azərbaycana qarşı 100 il savaş, etnik təmizləmə və soyqırım apararaq Azərbaycan torpaqlarını işğal etmişlər və Ermənistan dövləti qurmuşlar. İndi bu proses əksinə çevrilməlidir! 
Biz, Ermənistana qarşı uzun vədəli savaşlara başlayaraq Qafqazda, Azərbaycan torpaqları üzərində qurulmuş erməni dövlətinin varlığına son verməliyik. Bu savaş uzun vədəli, zamana yayılmış şəkildə aparılmalıdır, aparılacaqdır! Ermənistan adlı saxta erməni dövləti son 100 ildə 3 mərhələli bir quruculuq prosesi keçirmişdir:
1) 1828-1918. Ermənilərin Qafqaza - İrəvan xanlığına köçünün və demoqrafik üstünlüyünün təmin edilməsi.
2) 1918-1923. 1918-ci ildə bağlanmış Batum müqaviləsinə əsasən 9 min kv.km-lik İrəvan ərazisi ermənilərə güzəştə gedilmiş, Azərbaycan Demokratik Cümhuriyyətinin tərkibində konfederativ şəkildə təmsil olunacaq erməni bölgəsi yaradılmışdır
Lakin AXC-nin rus-bolşevik orduları tərəfindən işğalı və çöküşü, Azərbaycanda bolşevik hakimiyyətinin qurulması, SSRİ-nin yaradılması kimi proseslərdən istifadə edən ermənilər, 1923-cü ilə qədər Azərbaycana qarşı savaşaraq, Zəngəzuru işğal etmiş, həmçinin Qarabağı da işğal etməyə cəhd etmişlər.
3) 1923-1988. SSRİ dövründə SSRİ rəhbərliyi və Azərbaycan Kommunist Partiyasının iştirakı ilə Azərbaycanın tarixi torpaqları hissə-hissə ermənilərə verilmiş, 9 min kv.km olan Ermənistan ərazisi 29,8 min kv.km olmuşdur. 
4) 1828-1988-ci ilə qədər İrəvan xanlığının yerli əhalisi, yerli türklər etnik təmizləmə və soyqırıma məruz qalmışdır. Türksüz monoetnik Ermənistan dövləti qurulmuşdur.
İndi bu proses əksinə inkişaf etməlidir. Ermənisiz Qafqaz, ermənisiz Azərbaycan quruculuğu başlanmalıdır! Ermənistana qarşı yaxın vədəli, orta vədəli, uzun vədəli bir savaş doktrinimiz olmalıdır. Zamana yayılmış həm savaş, həm "Yumşaq güc" (Sowt Powr) proqramını içərən bir savaş doktrinimizlə ermənisiz Qafqaz, ermənisiz Azərbaycan quruculuğuna başlamalıyıq.
Azərbaycanın XIX əsr tarixi xəritələri, müqavilələri, demoqrafik durumu və statistikası gündəmə gətirilməli, ermənisiz Azərbaycan tarixi gözlər önünə sərilməlidir. İrəvan xanlığı Azərbaycanın tarixi torpaqları kimi təbliğ edilməli, gəlmə ermənilərdən təmizlənməli, Azərbaycana birləşməlidir. Qafqazda erməni dövləti olmamışdır, olmayacaqdır. Ermənisiz Qafqaz ideyası gündəmə gətirilməlidir. Ermənistandan köçürülmüş bütün türklər öz torpaqlarına qaytarılmalıdır. İTC ciddi şəkildə dəstəklənməlidir. Ermənilərə qarşı savaşımızda təbliğat sistemimizin və stratejimizin əsas şüarı bu olmalıdır:
Ermənistan Azərbaycandır!
İrəvan Azərbaycandır!
Rusiyasız Qafqaz!
Ermənisiz Qafqaz!скачать dle 12.1