Bia.Az

DEPUTAT YAP-ın SƏDR MÜAVİNİNİ “5-Cİ KOLON”un ÜZVÜ ADLANDIRDI, O İSƏ... - “Deyir ki, Əli Həsənovun evində erməni var...”

Gündəm
 22-01-2021, 13:02     66

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırıb.

Belə ki, S.Novruzov jurnalist Əvəz Zeynallının “Əli Həsənov ”beşinci kolon"dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı..." sualına “Belə danışanların hamısı ”beşinci kolon"dur. Ad çəkmirəm, əgər kimsə bu fikri səsləndiribsə, deməli, “beşinci kolon”dur. Hərə məhəbbətini bir formada ifadə edir. Amma düşünmür ki... Azərbaycan tarixdə olmayan bir qələbə əldə edib, bunu hər kəs qəbul edir" cavabını verib.
Bununrla bağlı musavat. com-a açıqlama verən Əli Həsənov xeyli özünü təriflədikdən, “qəhrəmanlıqlarından” danışdıqdan sonra “beşinci kolon”un üzvü olmadığını deyib.
Hətta “beşinci kolon”un nə olduğundan xəbərsiz olduğunu iddia edib: “Mən heç bilmirəm “beşinci kolon” nə deməkdir, nədir. Ona görə də heç kimdənsə soruşmuram ki, nə olan məsələdir, ölkədə belələri varmı, yoxmu...”
YAP-çı həmkarının ittihamlarını isə təkzib etməyə çalışıb.
Jurnalistin “ Siyavuş Novruzov jurnalist Əvəz Zeynallının “Əli Həsənov ”beşinci kolon"dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı..." sualına “Belə danışanların hamısı ”beşinci kolon"dur" cavabını verib. “Beşinci kolon” ittihamına münasibətiniz necədir?” sualına belə cavab verib:
“ Mən öncə bir məsələyə münasibət bildirmək istəyirəm. Mən heç bilmirdim ki, Əvəz Zeynallı adında TV-dir nədir var. O, jurnalistika prinsiplərinə zidd, etikadan kənar bir hərəkət edib, ailə məsələsinə toxunub. Deyir ki, Əli Həsənovun evində erməni var. Birincisi, mənim evimdə erməni yoxdur. Bu barədə əvvəllər çox yazırdılar. Son dəfə bu barədə açıqlamamı “525-ci qəzet”ə təxminən 10 il öncə vermişdim və bununla da bu söhbət qurtardı. İndi Əvəz Zeynallı bu söhbətə qayıdır. O, nədən belə edir, bilmirəm. 
Birincisi, mənəvi, etik baxımdan yanlış edir, ikincisi, qanuna da zidd olan hərəkətə yol verir. Mənim ixtiyarım var ki, bu saat onu məhkəməyə verim və ailəmə böhtan atdığına görə ona cinayət işi açılması tələbini qoyum. Ancaq özümü o səviyyəyə salmaq istəmirəm. Mən 51 il dövlətimə, xalqıma rəsmi vəzifələrdə olaraq xidmət etmişəm. Cənab Prezident də məni təqaüdə göndərərkən əməyimi çox yüksək qiymətləndirib. Mənə başqa heç kimin hansısa fikri maraqlı deyil. Mən qiymətimi almışam və təqaüddəyəm.
Siyavuş Novruzovla əlaqəli məsələyə gəldikdə, mən inanmıram ki, Siyavuş mənim ünvanıma “Əli Həsənov ”beşinci kolon"dur" fikrini işlətsin. Mən Siyavuşun partiyada işini, xidmətini həmişə qiymətləndirmişəm. Özü də hər səviyyədə açıq qiymətləndirmişəm, başqaları kimi yox. Bunu onun özü də yaxşı bilir. Mən Siyavuş Novruzovdan mənə böhtan olan fikir gözləmirəm. Onun YAP-da böyük xidməti olub və bu xidməti mən həmişə dilə gətirmişəm”.

Əli Həsənov “beşinci kolon” olmadığını iddia etsə də, xalqı Rusiyanın gücü ilə qorxutmaqdan və Putinə olan sevgisini ifadə etməkdən çəkinməyib: “ Obyektivlik naminə deməliyik ki, 44 günlük müharibədə Rusiya prezidenti Putin obyektivlik nümayiş etdirdi... İndi də deyirəm ki, Putin Paşinyana kapitulyasiyaya imza atması üçün təsir edib. İndi bunu bilə-bilə biz Rusiya dövləti və onun liderinə qarşı hücum etməliyik? 
İkincisi, Rusiya dövləti ilə oyun oynamaq olar?! Mən 20 il demişəm ki, Qarabağ problemini saxlayan Kremldir. Amma son Qarabağ müharibəsində Vladimir Putin faktiki olaraq Azərbaycanın maraqlarına cavab verən mövqe ortaya qoydu, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıq bəyan elədi və dedi ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycanın ərazisində aparılır, oraya Rusiya müdaxilə edə bilməz. Putin bunu deməyə də bilərdi. Amma dedi. Ermənistan torpaqlarımızı 30 il idi işğal etmişdi, ona bir söz deyən var idi?! 
Rusiya indi müdaxilə etsəydi, ona Qərbdən bir söz deyən olacaqdı?! Heç kim heç nə deməyəcəkdi. Rusiya əməliyyatlar yeni başlayanda müdaxilə etsəydi, vəziyyətin necə olacağını bir anlıq düşünün. Mən ədalət naminə bunları dilə gətirirəmsə, məgər Rusiyanın adamıyam?! Beynəlxalq qanunvericilik 30 ildə Qarabağ məsələsində işləməyib. Əgər Rusiya beynəlxalq konvensiyaları pozsaydı, guya beynəlxalq birlik buna qarşı çıxıb qarşısını alacaqdı?! Xeyr. Belə olanda isə biz pis vəziyyətə düşəcəkdik. Bunu bəziləri dərk eləmirsə, mən nə edim?! Deyirlər ki, Rusiyanın sülhməramlısı yox, başqaları gəlsəydi yaxşı olardı. Makronun sülhməramlısı gəlsəydi, yaxşı olacaqdı?! Trampın sülhməramlısı guya yaxşı olacaqdı?! Gəlin bu üçünü müqayisə edək və fikirlərəşək, hansının sülhməramlısının Qarabağda yerləşməsi uyğun idi? Əlbəttə Rusiyanınkı…”
Maraqlıdır, Əli Həsənov müharibə başlayandan bütün gücü ilə Azərbaycanın yanında olan, ortaya qoyduğu qəti mövqe ilə münaqişəyə kəna müdaxilələrə imkan verməyən Türkiyənin rolu haqqında biir cümlə belə danımağa ehtiyac duymur. 
Ancaq əvəzində Qarabağda ordumuzun zəfərimizi, Şəhid və qazilərimizin canı bahasına əldə edilən qələbəni az qala ərərazilərimizi separatçlardan tam şəkildə təmizləməyə imkan verməyən Rusiyanın adına yazır. Sonra da deyir, ”beşinci kolon"un üzvü deyiləm… İnanaqmı?
Elmanскачать dle 12.1