Bia.Az

“Sədərək” TM-də güclü yanğın başladı – VİDEO+Yeni detallar

Gündəm
 24-08-2025, 13:34     535

(Xəbər yenilənib, videolar əlavə edilib)

“Sədərək” TM-dən Globalinfo.az-a verilən məlumata görə, yanğın güclənsə də, başqa ərazilərə keçməyib.
Bildirilir ki, yanğın “Super Toyz” mağazasının anbarında başlayıb.
Həmçinin o da qeyd edilir ki, yanğın ticarət mərkəzinin “Şirniyyat” deyilən ərazisinə keçsə, böyük fəsadları ola bilər.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
***12:10
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.



Yanğın Bakının müxtəlif yerlərindən görünür:
WhatsApp Image 2025 08 24 at 12.28.55 1скачать dle 12.1