Bia.Az

Dəhşətli E1 planı təsdiqləndi – “Bu dövlət yer üzündən silinir”

Gündəm
 23-08-2025, 01:16     755

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç uzun illərdir beynəlxalq aləmdə mübahisə doğuran və ciddi tənqidlərə səbəb olan E1 layihəsinin yekun təsdiqləndiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, layihə işğal altındakı İordan çayının qərb sahilində yerləşən Maale Adumim qəsəbəsinə bitişik ərazidə təxminən 3400 evin inşasını nəzərdə tutur.

Nazirin fikrincə, E1-in reallaşdırılması Qərb Sahilini iki yerə böləcək, onu Şərqi Qüdsdən ayıracaq və nəticədə iki dövlətli həll perspektivlərini ciddi şəkildə zəiflədəcək.

Həmçinin oxuyun:

Gərginlik yaradacaq sözlər: Türkiyə heyrət içində – Bakı elə bir addım atdı ki…

Smotriç çıxışında bu addımı İsrail siyasətində dönüş nöqtəsi kimi dəyərləndirib:

“E1 ilə nəhayət, illərdir vəd etdiyimizi yerinə yetiririk. Fələstin dövləti masadan qaldırılır. Şüarlarla deyil, əməli addımlarla. Hər bir yaşayış məntəqəsi bu təhlükəli fikrin tabutunda əlavə bir mismardır. Fələstin yer üzündən yox olacaq,” – deyə nazir bildirib.

Qeyd edək ki, E1 layihəsi əvvəllər 2012 və 2020-ci illərdə ABŞ və Avropa ölkələrinin güclü etirazları səbəbindən dayandırılmışdı. Lakin İsrail hökuməti beynəlxalq reaksiyalara baxmayaraq bu dəfə planı həyata keçirməyə qərar verib.

Tahir Turan
Globalinfo.azскачать dle 12.1