Bia.Az

Ukrayna məhkəməsi Dağıstan rəhbəri haqda qiyabi hökm çıxardı

Gündəm
 24-05-2025, 10:47     428

Ukrayna məhkəməsi Dağıstan Respublikasının (Rusiya) rəhbəri Sergey Məlikovu müharibəyə dəstək verdiyinə görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Çernivtsı Rayon Məhkəməsi Rusiya rəsmisini Ukraynanın sərhədlərinin dəyişdirilməsinə yönəlmiş kampaniyanı maliyyələşdirməkdə təqsirli bilib.

Təhlükəsizlik Xidməti bildirib ki, Məlikov Rusiya Silahlı Qüvvələrinə hərtərəfli dəstək verir və bölgə sakinlərini kömək etməyə çağırır.скачать dle 12.1