Prezidentin tapşırığı ilə göndərilən təyyarə Türkiyədə – FOTO/VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın liderinə xahişi əsasında Türkiyəyə göndərilən “BE-200ÇS” amfibiya təyyarəsi İzmir vilayətinin qərbində meşə yanğınlarının söndürülməsində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Türkiyəli nazirin sözlərinə görə, Azərbaycandan göndərilən təyyarə yanğın zonasına hər uçuşda 12 ton su buraxa bilir.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə Azərbaycana təbii fəlakətlə bağlı dəstəyə görə təşəkkürünü bildirib.
“Amfibiya təyyarəsi avqustun 18-də gecə saatlarında İzmirin Adnan Menderes Hava Limanına enib”, – deyə nazir qeyd edib.