Bia.Az

Putin Bakıya gəlir – Kreml “ən yüksək dövlət statusu” dedi

Gündəm
 18-08-2024, 14:08     477

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.

Globalinfo.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq”, – məlumatda deyilir.

Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.скачать dle 12.1