Bia.Az

Hakan Fidan Bakıdadır

Gündəm
 15-03-2024, 00:50     513

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib.

Xarici işlər naziri Fidan bu gün (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.скачать dle 12.1