Bia.Az

LAVROV TOVUZ DÖYÜŞLƏRİNDƏN DANIŞDI - "Toqquşmaların başlamasına erməni tərəfinin..."

Gündəm / Siyasət
 21-08-2020, 10:59     494

Azərbaycanla Ermənistan arasında iyul ayında baş vermiş münaqişəyə səbəblər kompleksi gətirib çıxarıb, onların arasında Qarabağ probleminin həll edilməməsi və Ermənistan ordusunun sərhəddə yeni mövqe ələ keçirmək cəhdi də var.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, tətiyi çəkən amil coğrafi amil olub, belə ki, Ermənistan ordusu iki ölkə sərhədindəki köhnə nəzarət-buraxılış məntəqəsini tutmağa cəhd edib.

“İyulun 12-dən 16-na qədər davam edən sərhəd münaqişəsi 2016-cı ilin aprelindən sonra ikinci ən irimiqyaslı toqquşma olub. Üstəlik son 26 il ərzində ilk dəfə səhra artilleriyasının, minaatanların və zərbə pilotsuz aparatların tətbiqi ilə yüksək intensivlikli döyüş əməliyyatları Qarabağda təmas xəttində deyil, bilavasitə Azərbaycanl Ermənistan arasındakı sərhəddə baş verib”,-Lavrov deyib.



Lavrov deyib ki, toqquşmaların başlamasına erməni tərəfinin Azərbaycanın ixrac neft-qaz kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə sərhəd nəzarət məntəqəsini tutmaq cəhdi səbəb olub. Bu da tərəflərdən birinin hədsiz narahatlığına, digərinin haqq qazandırılması mümkün olmayan cavab reaksiyasına gətirib çıxarıb, nəticədə ən ağlasığmaz nəticələrə səbəb ola biləcək qarşıdurma yaranıb.

Lavrov bildirib ki, vəziyyəti stabilləşdirmək üçün Rusiya XİN iyulun 13-də tərəflərə dərhal atəşi dayandırmaq çağırışı edib. Habelə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları aparılıb. Rusiyadakı azərbaycanlı və erməni diasporu rəhbərləri ilə görüşlər keçirilib.

“Hər iki diaspor Rusiya Federasiyası qanunlarına əməl edilməsinə dair öz məsuliyyətərini tam ölçüdə dərk etməli, Bakı və Yerevan arasında münasibətlərin normallaşmasına xidmət edən atmosferin yaradılmasına dəstək verməlidir”,-Rusiya xarici işlər naziri deyib.



O qeyd edib ki, toqquşma günləriində Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov da daim iki ölkə xarici siyasət idarələrinin rəhbərləri ilə təmasda olub. Rusiyanın fəal vasitəçilik səyləri nəticəsində ilk cəhddən olmasa da atəşkəs rejimini iyulun 16-da bərpa etmək mümkün olub. Avqust ayında isə situasiya az-çox normallaşıb. Təmas xəttində və iki ölkə sərhədində nisbi sakitlik qalmaqdadır.

“Qarabağ münaqişəsinə dair danışıqların tezliklə bərpasına ümid edirik və Minsk Qrupu üzrə partnyorlarımızla bu məsələ üzərində işləyirik”,-Lavrov deyib.

BİA.az

скачать dle 12.1