Bia.Az

QULİNİN HANSI ŞƏRAİTDƏ ÖLDÜRÜLDÜYÜ AÇIQLANDI – “Qatilin adı Xaqan Zeynalovdur” - (+VİDEO)

Gündəm / Siyasət
 20-08-2020, 20:34     1 453

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun Türkiyədə “Xan Əhmədlinski” kimi tanınan şəxs tərəfindən qətlə yetirilməsi xəbəri Rusiya mətbuatında da geniş yayılıb və müzakirələrə səbəb oilub.

“AzPolitika.info” xəbər verir ki, ən çox kriminal aləmə dair xəbər və şərhlərilə tanınan “Primecrime.ru” portalında qətl hadisəsilə bağlı bəzi təfərrüatlar yer alıb.

Məşhur portalın yazdığına görə, “Quli”ni qətlə yetirən şəxsin adı Xaqan Zeynalovdur: “Öz planını həyata keçirmək üçün Xaqan Zeynalov xeyli vaxt əvvəl “Quli”nin çevrəsinə daxil ola bilib və onun etibarını qazanıb.”
Qətl hadisəsinə gəlincə, portal yazır ki, “Quli” qətlə yetirilərkən, onunla eyni masa arxasında daha 2 nəfər olub: “Zeynalov içəri daxil olanda arxası qapıya tərəf oturan “Quli” ilə yanaşı otaqda başqa iki nəfər də olub. Onlardan biri “Quli”nin cangüdəni olub, digəri ilə isə “qanuni oğru” kart oynayıb. Qatil içəri girəndə “Quli” çevrilərək ona tərəf baxıb, daha sanra kart oynamağa davam edib. Elə bu vaxt da Zeynalov ona atəş açıb. “Quli”nin cangüdəninin cavab atəşilə yaralanan Zeynalov hadisə yerindən uzaqlaşa bilib. Lakin o, polis tərəfindən Antalya-Dənizli yolunda yaxalanıb.”
“Primecrime.ru” portalı da digər mənbələr kimi, “Quli”nin qətlini 4 il bundan əvvəl İstanbulda öldürülən “Rövşən Lənkəranski” ləqəbilə tanınan Rövşən Caniyevə görə alınan qisas hesab edir.

***
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
"Report"un Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə KİV-ləri Nadir Səlifovun öldürülməsinin bəzi təfərrüatlarını yayıb. “Habertürk” bildirir ki, o, Antalyanın Serik rayonundakı otellərdən birində birlikdə yemək yediyi şəxs tərəfindən başından güllələnib. Ətrafdakılar təcili yardım çağırıb, təcili yardım briqadası onu xəstəxanaya çatdırsa da bütün müdaxilələrə baxmayaraq keçinib.



Hadisə yerindən qaçan şəxsin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb. Son məlumata görə “Lotu Quli”ni güllələyən şəxs Antalya-Denizli yolunda növbə çəkən polislər tərəfindən saxlanılıb. “Lotu Quli”ni güllələyən şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir. Bildirilir ki, “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə “Lotu Quli”nin “Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır.
Xatırladaq ki, "lotu Quli" 2018-ci ildə Azərbaycanda həbsdən buraxıldıqdan sonra Türkiyəyə yerləşib. Lakin daha sonra Türkiyə hüquq-mühafizə orqanları onu saxlayaraq ölkədən deportasiya ediblər. 
Kriminal avtoritet bir müddət Birləşmiş Ərəb Əmirliklərində və Balkan ölkələrində olub, yenidən, bu dəfə başqa ad-soyadla Türkiyəyə yerləşib. Onun barəsində Rusiya və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarış elan edilmişdi.



Qeyd edək ki, "lotu Quli" kimi tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.
“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. 
Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyirdi. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.
Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. 
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb. “Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürülüb.
O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.
Qatili Nadir Səlifovu öldürməzdən az əvvəl onu və özünü videoya çəkib. Həmin kadrları təqdim edirik:



BİA.az
скачать dle 12.1