Bia.Az

4 ölkə Ermənistanı silahlandırır, hücum bu tarixdə başlayır – Türk ekspertdən ŞOK

Gündəm
 11-02-2024, 13:42     214

“Ermənistanı silahlandıran ölkələr arasında ABŞ, Fransa və xüsusən Hindistan diqqət çəkir. Rusiya da İrəvana silah verir”.

Globalinfo.az xəbər verir ki, bunu türk ekspert Eray Güclüər deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə prosesdən xəbərdardır:

“Ermənistan yenidən Azərbaycana hücum etmək iqtidarında deyil. Amma hücuma keçsə, həyatının ən böyük səhvini etmiş olacaq. Müharibə olsa, Ermənistan ərazilərini itirəcək. Lakin düşünürəm ki, toqquşmaya cəhd edəcəklər.

Bu məsələ bizə də aiddir, çünki Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi var. Həmin bəyannaməyə görə, Azərbaycana hücum Türkiyəyə hücum kimi qiymətləndiriləcək”.

Güclüər vurğulayıb ki, qlobal güclərin Qafqazdakı planlarına nəzər salsaq, 2028-2030-cu illər çox kritikdir:

“Dünya üçüncü qlobal müharibəyə doğru gedir. Bu prosesə Ermənistanda cəhd edə bilərlər, lakin dediyim kimi, onun nəyəsə nail olmağa gücü yoxdur. Əlinizdə yaxşı silahların olması kifayət deyil. Bunu davam etdirmək üçün arxa planda logistika zənciri olmalıdır ki, Ermənistanda belə zəncir yoxdur. Onun belə bir ordusu da yoxdur.

Bəs biz buna hazırıqmı? Bəli, hazırıq! “Altay” tankları, zirehli döyüş maşınları, PUA-lar, təyyarə hazırdır. Raketlərimiz və ordumuz hazırdır. Bizim üçün problem yoxdur”.

E.Güclüər vurğulayıb ki, növbəti hərbi toqquşmada Ermənistan Zəngəzur dəhlizini itirəcək.скачать dle 12.1