Bia.Az

Seçkidən sonra hansı namizədə yüksək vəzifə veriləcək? – Açıqlama

Gündəm
 1-02-2024, 17:35     210

Növbədənkənar prezident seçkilərinə 6 gün qalıb. Bəzən seçkilərdən sonra qalib komanda seçkinin favoritləri olanlara, daha doğrusu ikinci, üçüncü yerləri qazanan şəxslərə kabinetdə təmsil olunmaq təklifi verir.

Maraqlıdır, bu qayda Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan prezidentliyə namizəd, Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, belə bir məsələ ətrafında düşünülməyib:

“Milli Məclisin deputatı vəzifəsini yerinə yetirməyən şəxslərə hər hansı vəzifə təklifi verilə bilər. Prezident seçkilərinin nəticəsi kiməsə vəzifə verməyə hesablanmayıb. Biz öz platformamızda çıxış edirik. Azərbaycanda belə bir ənənə yoxdur. Qalib gəlmiş şəxs tərəfindən ediləcək yeniliyi zaman göstərəcək”.

Fazil Mustafa
Prezidentliyə namizəd Fuad Əliyev isə vurğulayıb ki, seçicilər etimad göstərsə və prezident seçilsə, digər namizədlərin seçki platformasını nəzərə alaraq müəyyən təkliflər irəli sürəcək:

Fuad Əliyev
“Mənə hər hansı vəzifə ilə bağlı təklif irəli sürülərsə, bunları dəyərləndirib, ona əsasən qərarımı verəcəm”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də məsələyə belə münasibət bildirib:
“Müxtəlif ölkələrdə bu məsələyə fərqli yanaşma mövcuddur. Bu normal qarşılanmalıdır. Azərbaycan siyasi qüvvələr arasında düşmənçilik mövqeyini normal danışıqlar səviyyəsinə gətirməlidir. Ən çətin dövrlərdə belə biz etik çərçivə daxilində mübarizə aparmışıq. Söyüş, təhqir ritorikasından istifadə etməmişik. Seçki kampaniyası daxilində də eyni yanaşmanı nümayiş etdiririk. Digər namizədlərlə münasibətlərimiz normaldır”.

Elşad Musayev

Onun sözlərinə görə, sözügedən məsələ seçkilərin nəticəsindən sonra məlum olacaq:
“Kimin prezident seçilməsindən asılı olmayaraq ölkədə fundamental islahatlara getmək lazımdır. Ciddi dəyişiklik çərçivəsində bütün siyasi qüvvələrə əl uzadılmalıdır. Yalnız bu halda Azərbaycanı çiçəklənən, inkişaf etmiş ölkəyə çevirmək olar. İllərin təcrübəsi göstərdi ki, bir dairənin içərisinə qapanmaq, digər siyasi qüvvələri inkar etmək ölkəyə heç bir xeyir vermir. Prezident seçkilərində qalib gəlsəm, bütün siyasi qüvvələrə əl uzadacağıq”.скачать dle 12.1