Bia.Az

Azərbaycanın müharibəyə hazırlaşdığını deyirlər – MM-də sərt çıxış

Gündəm
 1-02-2024, 13:18     183

“Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib. Niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası üzrə ilk iclasında deputat Soltan Məmmədov deyib.

O bildirib ki, ikili standartların bir çox digər Avropa ölkələrində olduğu kimi Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur.

“Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə edib. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib.

Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir. Cənab Prezident müharibənin bitdiyini, ərazi bütövlüyümüzün ve suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib. Bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər”.

S.Məmmədov Azərbaycanın müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifi olduğunu qeyd edib:

“Biz Cənubi Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkəyik. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir. Əgər niderlandlı həmkarlarımız Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmasını ərazi iddiası kimi qəbul edirsə, bu, insan hüquq və azadlıqları prizmasından qiymətləndirilməli olan bir məsələdir.

Bu gün biz dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyirik. Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edirlər. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir”.скачать dle 12.1