Bia.Az

İrəvan Azərbaycanla sərhəddə baş nazir müavinlərinin görüşünün başladığını təsdiqləyib

Gündəm
 31-01-2024, 16:09     270

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın görüşü iki ölkənin sərhədində başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Qriqoryanın mətbuat xidməti məlumat verib.

“Sərhəddə Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin görüşü başlayıb”, - deyə mətbuat xidməti qeyd edib.

Tərəflər sonuncu dəfə noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədinin eyni hissəsində görüşüblər. Azərbaycan və Ermənistan sülh müqaviləsi üzrə danışıqlar aparır. Ciddi maneələrdən biri də sərhədin ümumi hissəsinin demarkasiyası məsələsidir. İrəvan təkid edir ki, ölkələr arasında sərhədin delimitasiyası üçün siyasi əsas 1991-ci il Alma-Ata Bəyannaməsi olmalıdır. Ermənistan hakimiyyətinin mövqeyinə görə, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1974-1990-cı illərdəki xəritələrindən istifadə edilməlidir.скачать dle 12.1