Bia.Az

SƏRT KARANTİNDƏ HANSI YUMŞALMALARA GEDİƏLƏCƏK? - Operativ Qərargahın brifinqində açıqlandı + VİDEO (Yenilənib)

Gündəm / Siyasət
 8-08-2020, 13:28     246

Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Budəfəki brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profiaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva iştirak edirlər.
Baş nazir iclas keçirəcək
Ş.Mövsümov məhdudiyyətlərin ləğvi ilə bağı məlumat verib. Bildirib ki, məhdudiyyətlər tədricən həyata keçirilir. Bu addımların həyata keçirilməsi bir çox ölkələrin təcrübəsinə uyğundur. Açılma nəticəsində virusa yoluxma riski artır. Bu bütün ölkələrdə narahatlıq doğurur. Buna görə də Azərbaycanda yumşalmalara addım-addım gedəcəyik: “Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısımı almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu hər birimizdən asılıdır. Qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulan qaydalara nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq”.
Ş.Mövsümov deyib ki, bu gün Baş nazirin başçılığı ilə iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıq veriləcək.

“Hər birimiz karantin rejimindən yorulmuşuq”
“ÜST-ün açıqladığı son statistikaya əsasən dünyada gün ərzində 278 291 nəfər COVİD-19-a yoluxan olub”. Bunu  birifinqdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, son həftələrdə Azərbaycanda yoluxanların sayı sağalanların sayından az olur: “Ölənlərin sayında da azalma müşahidə edilir. Bu, həkimlərin, tibb işçilərinin də fəaliyyətindən asılıdır. Daha çox qarşıdakı həftələrdə baş verəcək hadisələrə diqqət edək. Biz problemə gözümüzü yummaqla problem həll olunmayacaq. Bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların sayının az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır. Biz bu gün açılışlara gedirik.

Bu o deməkdir ki, qapalı sahələrdə bütün qaydalara riayət etməliyik. Bunun məsuliyyəti sahibkarların və bizim üzərimizə düşür. Bakının bu gün bütün yerlərində parklar var. Çalışaq eyni məkanlarda toplanmayaq. Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azaldacaq. Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma təcrübə göstərir ki, yaxın insanlar bir yerə toplaşanda xəstəliyin yayılması baş verir. Ona görə də mərhələ-mərhələ açılışlara getməliyik. Amma çalışaq, qaydalara riayət edək. Bunu etməsək, istəməsək də, bu baş verəcək. Yoluxmanın artmasını həkimlər və tibb işçiləri də istəmir. Onlar bu sərt rejimdə işləməkdən yorulublar”.

Açıq havadakı kafe və restoranlar açıla bilər, amma...
Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.
Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.
“İistəmirik insanları evə qapadaq, ancaq...”
Tədbirdə insanların kütləvi topanması ilə bağlı görüntülər nümayiş olunub. Şahmar Mövsümov bildirib ki, hələ kafelər, restoranlar, bütün mağazalar açılmayıb. 
Amma çox sayda insanın kütləvi şəkildə karantin qaydalarına əməl etmədən küçələrə axışmasını müşahidə edirik. Burada artıq hökuməti günahlandırmaq olmaz: “Biz istəmirik insanları evə qapadaq. Ancaq qaydalara əməl edilməsə, yoluxmaların sayı kütləvi artacaq. Ona görə hamıdan xahiş edirəm ki, mümkün qədər kütləvi yığışmalardan çəkinək, məsafə saxlayaq, maska taxaq”.
Daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparılır
İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf isə bildirib ki, hökumət biznes fəaliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür. 
Bir sıra iş yerləri və obyektlərinin açılması istiqamətində müzakirələr aparılır. “Biz sahibkar- dövlət-vətəndaş biriliyini bir daha nümayiş etdirəcəyimizə əminik. Yumşaldılma ilə yanaşı cərimələrin sərtləşməsi, daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparılır. Təkcə maliyyə sanksiyalarından söhbət getmir. Burada daha sərt cəza mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr gedir”,-o deyib.

Tədrislə bağlı bütün suallara növbəti brifinqdə aydınlıq gətiriləcək
Bunu Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır. Məktəblərin açılması ilə bağlı hökumət həftələrdir müzakirə aparır: “Biz dünya təcrübəsinə də baxırıq, amma hazır bir resept yoxdur. Bu sahədə vəziyyət çox ciddi və dinamikdir. Çünki bugünkü statistikaya görə qərar veririk, növbəti həftə yoluxma sayı arta bilir”.
Naxçıvana təyyarə reyslərinin artırılması...
Şahmar Mövsümov deyib ki, Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbul ediləcək. Onun sözlərinə görə, rayonlara açılış baş verəndə beynəlxalq uçular da müvafiq istiqamətlərdə bərpa ediləcək. Hələ heç bir ölkə ilə sərhədlərimizi açmamışıq.

Toylarla bağlı hələ qərar sonra veriləcək
İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib ki, sahibkarlarla mütəmadi görüşlər keçirilir. Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib.
“Toylarda adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu barədə qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”,-Rövşən Nəcəf əlavə edib.
“Metronun açılması müzakirə olunmur”
Şahmar Mövsümov deyib ki, bu gün metronun açılması müzakirə olunmur.
“Avtobusların sıxlıq olan yerlərə yönəldilməsi həyata keçirilir. Vətəndaşlardan xahiş edirəm ki, planlarını elə qursunlar ki, sıxlığa düşməsinlər. “Çast-pik” saatlarını nəzərə alsınlar”- Prezidentin köməkçisi əlavə edib.

Xaricdən dəvət olunan həkilmlər...
Yaqut Qarayeva xaricdən gələn həkimlərlə bağlı sualları cavablandırıb. Bildirib ki, hazırda Çindən və İtaliyadan Azərbaycana işçi qruplar gəlib. Onlarla sıx əməkdaşlıq edilir. Yoluxma daha çox olan ölkələrin həkimləri ilə əlaqə saxlanılır: “Onlayn rejimdə postsovet ölkələrinin həkimləri ilə də müzakirə aparılır. Bu xəstəliklə bağlı təcrübəsi daha çox ölkələrin mütəxəssislərini dəvət edirik və təcrübə mübadiləsi aparırıq”.
Y.Qarayevanın sözlərinə görə, həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir. Çindən və İtaliyadan gələn mütəxəssislər ən çox xəstə qəbul edən xəstəxanaların həkimləridir. Onlar bizim həkimlərə və təşkilati işlərdə çalışanlara ciddi köməklik göstərirlər.
“Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”
“Azərbaycanda kütləvi informasiya vasitələri əməkdaşlarına ezamiyyə vərəqəsini tez vermək üçün lazımi prosedura malik olmalıdır”.
Bunu Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Yarım saata ezamiyyə vərəqəsi yazıb müxbirə vermək olar ki, o hansısa hadisəni işıqlandırmağa gedə bilsin. İnanıram ki, yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”, - deyə o, qeyd edib. - deyə o, qeyd edib. 
“Məscidləri aça bilmərik”
Şahmar Mövsümov  hələlil məsçidlərin də açılmayacağını deyib: "Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur.“
Onun sözlərinə görə, bu il xüsusi ildir: "Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.
Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama
Yaqut Qarayeva deyib ki,koronavirusa yoluxub həyatını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir.

Onun sözlərinə görə, koronavirusdan vəfat edən həkimlər daha çox ümumi xəstəxanalarda və təcili tibbi yardımda çalışanlar olub: “Bizim üçün müalicə yanaşmasında xəstənin tutduğu vəzifəsi yox, xəstəliyin ağırılıq dərəcəsi önəmlidir. Həkimlər xəstələrlə daha çox təmasda olduqları üçün onlar bu xəstəliyi daha ağır keçirirlər. Onların müalicəsi dövlər rəhbərliyinin və TƏBİB-in daim diqqət mərkəzindədir”.
“Qaydalara əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq”
“Virusa yoluxma sürətini azaltmaq üçün əsas şərt karantin qaydalarına əməl etməkdir” - deyə, i Şahmar Mövsümov bildirib
O bildirib ki, karantin qaydalarına əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq.
“Cəmiyyətdə bəzi insanlar yumşalmaları cəmiyyətdə qələbə, virusa yoluxmanın başa çatması kimi qələmə verir. Hətta artıq dünyada karantin rejiminin olmadığını iddia edənlər var. Bu çox yanlışdır. Həmin insanlara internetdə kiçik araşdırma aparmağı tövsiyə edirəm. Bütün dünyada virusa qarşı mübarizə aparılır. Bu virus hələ də bizim aramızdadır. Azərbaycan Prezidenti də o gün keçirdiyi iclasda hamımızın karantindən yorulduğunu dedi. Amma biz bu qaydalara riayət etməklə bugünkü statistikaya nail ola bilmişik. Ona görə də hamımız qaydalara riayət etməliyik”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

BİA.az
скачать dle 12.1