Bia.Az

“RUSİYANIN PRİORİTETLƏRİNDƏN BİRİ: Postsovet ölkələri ilə münasibət” - Putin

Gündəm / Siyasət
 8-08-2020, 12:47     173

Rusiyanın xarici siyasət prioritetlərindən biri də digər postsovet ölkələri ilə münasibətdir.

“AzPolitika” xəbər verir ki, bu barədə avqustun 7-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi operativ müşavirədə bəyan edib.

«Onlar bizim ən yaxn qonşularımız, bizim müttəfiqlərimizdilər. Bizim maraqlarımız - həm iqtisadi, həm də siyasi maraqlarımız üst-üstə düşür. Bu, şübhəsiz, bizim xarici - siyasi prioritetlərimizdən biridir» - Putin qeyd edib.

Buna qədər Putin ümumilikdə, dünyadakı situasiyanın müzakirəsini təklif edib - bu zaman postsovet məkanındakı vəziyyətə aksent etməklə.
Müşavirədə Mixail Mişustin, Valentina Matviyenko, Vyaçeslav Volodin, Dmitri Medvedyev, Anton Vuyno, Nikolay Patruşev, Vladimir Kolokoltsev, Sergey Şoyqu, Aleksandr Bortnikov iştirak ediblər.

Rusiyanın Ukraynaya, Belarusa, Moldovaya, Azərbaycana, Gürcüstana yönəlik qeyri-dost (separatçı) davranışı açıq-aydın göstərir ki, ruslar demiş, Putin sadəcə, «lukavit», vəssalam.

BİA.az
скачать dle 12.1