Bia.Az

III Dünya müharibəsi elan edilə bilər – Gərginlik pik həddə

Gündəm
 19-01-2024, 22:25     206

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi ölkəsinin Livanda müharibəyə cəlbolunma ehtimalının yüksək olduğunu bildirib. Bundan başqa, bir qədər əvvəl İsrail Livanın cənubundakı hədəfləri vurub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, HƏMAS-İsrail münaqişəsi getdikcə gərginləşir:

“Yaxın Şərqdəki proseslərdə maraqlı olan böyük güclər var: Rusiya, ABŞ, İran, Türkiyə və başqaları. Livan bilavasitə müharibəyə qoşulub. İsrail Livandakı Hizbullah obyektlərini vurur, Livandan İsrail ərazisinə zərbələr endirilir. Lakin bu, birbaşa müharibə demək deyil. Gələcəkdə isə müharibə istisna olunmur.


Kənan Novruzov
İsrail Hizbullah yaraqlılarını zərərsizləşdirmək və öz ölkəsinin təhlükəsizliyini təmin etmək adı ilə Livanda əməliyyatlara başlayır. Burada maraqlı olan oyunçulardan biri də ABŞ-dır. Müharibənin baş verməsi isə İsrail üçün böyük təhlükə deməkdir. Çünki digər ərəb ölkələrinin müharibəyə qoşulması üçün zəmin yaranacaq. İran daha radikal addımlar atmağa başlayacaq”.

Siyasi şərhçi Yaxın Şərqdə davam edən müharibələrin konkret nəticələrlə bitəcəyini vurğulayıb:

“HƏMAS və Hizbullahın ləğv ediləcəyini, İsrailin isə geri çəkilməyəcəyini düşünürəm. Yaxın Şərq və Şərqi Avropadakı müharibə bir-biri ilə əlaqəlidir. Böyük şahmat taxtasında böyük oyunçular artıq öz tərəflərini seçir. Bu isə faktiki olaraq davam edən Üçüncü Dünya müharibəsinin rəsmiləşməsinə rəvac verə bilər”.скачать dle 12.1