Bia.Az

“Rusiya əlverişli sülh şərtləri təklif edərsə, Bakı razılıq verəcək”

Gündəm
 19-01-2024, 21:50     190

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi illik mətbuat konfransında bildirib ki, üçtərəfli bəyanat Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanıb. Orada Fransa prezidenti Emmanuel Makronun imzası yoxdur. Lavrov onu da əlavə edib ki, Azərbaycan Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazırdır. İrəvanın buna nə qədər hazır olması isə məlum deyil.

Maraqlıdır, Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi imzalana bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev qeyd edib ki, Rusiya uzun müddətdir Fransanın vasitəçiliyindən narahatlıq keçirir:

“Moskva bunu açıq şəkildə etiraf etmir, dolayı yolla bildirirdi. Hədəf olaraq Avropa İttifaqını ortaya atırdı. Onun sülhü sabotaj etdiyini və danışıqlarda vasitəçi qismində çıxış etməyin Rusiyanın öhdəliyi olduğunu diqqətə çatdırıb. Fransa prezidenti Emmanuel Makronun Ermənistana hərbi dəstəyi və Cənubi Qafqaza müdaxilə cəhdləri Rusiyanın etirazı ilə qarşılandı. İndi də proses davam edir.

Turab Rzayev
Açıq şəkildə görünür ki, Sergey Lavrov Fransanı hədəfə alıb. Rəsmi Parisin sülh danışıqlarında tərəf olmadığını diqqətə çatdırır. Rusiyanın bu yanaşması isə Parisin Cənubi Qafqaza müdaxiləsi, Ukrayna müharibəsində Moskva əleyhinə cəbhə almasından qaynaqlanır. Rusiya Azərbaycana əlverişli sülh şərtləri təklif edərsə, Bakı razılıq verəcək. Ermənistan hakimiyyətinə də mesaj göndərir. Aydındır ki, İrəvan sülh müqaviləsinin Rusiyada imzalanmasına qarşıdır. Ermənistan baş naziri Nikol Paşinyan Soçi və Moskvaya getməkdən imtina edərək Brüsselə, Vaşinqtona üz tutub. Hazırda topun Ermənistan tərəfində olduğunu göstərir”.
скачать dle 12.1