Bia.Az

Sülh vasitəçiliyi: - Moskvanın yoxsa Qərbin şansı çoxdur?

Gündəm
 13-12-2023, 01:05     407

Artıq ABŞ-la Azərbaycan arasındakı gərginlik səngiyir. Bura qədər Bakı Qərb platformasından məsafəli dayanırdı, İrəvan isə Moskvanın vasitəçiliyinə yaxın durmur. Bu məsələ Bakı və İrəvan arasında necə həll olunacaq? Şans kimin tərəfindədir - Qərb, yoxsa Rusiyanın?

Məsələ ilə bağlı “Sherg.az”ın sualını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, vasitəçilik məsələsi hər iki ölkənin maraqlarına uyğun şəkildə həll olunmalıdır:

“Hazırda birmənalı daxili marağın çoxmənalı daxili maraqla yarışdığı bir dönəmdəyik. Azərbaycana üstünlük gətirən əsas amil müharibədə qalib gəlməsidir. Qalib ölkə kimi diqqət edən tərəfin də məhz Azərbaycan olması normal haldır. Həqiqətən platformalar arasında toqquşma yaratmaq sülhün imzalanmasına deyil, imzalanmamasına zəmin yaradır. Azərbaycanın müharibədəki qələbə resepti toqquşan platformaların mərkəzlərini prosesdən uzaq tutması idi. Nə qədər ki, bu xarici qüvvələri və onların maraqlarını kənar tutmaq mümkün olacaq ikili daha çox sülh müqaviləsi bağlanmağa yaxın olacaq. Amma hazırda Moskvanınmı yoxsa Qərbin şansının çox olduğunu söyləmək mümkün deyil. Çünki indiki vəziyyətdə hər iki tərəf cəhdlərində uğursuzluqla üzləşirlər”.
скачать dle 12.1